Kripto-auksiyonda rəsm əsəri 0,000000037$ satıldı

   Kriptovalyuta və blockchain texnologiyası mövzusuna həsr edilən rəsm əsərlərinin müəllifi – Cryptograffiti adlı anonim rəssam Reddit-də post paylaşaraq qeyd edib ki, bir dollarıq əskinas üzərində çəkdiyi şəkili mikro auksiyon keçirərək 0,000000037 dollara satıb.  “Qara qu quşu” adlı rəsm əsəri cryptograffiti.com saytında satışa qoyulub və ölçüsü 3,55 x 4,44 sm olub. Bu auksiyonu fəqrləndirən əsas fərq – auksiyon qalibi rəsm əsərinə ən az məbləğ təklif edən şəxs oldu. Kripto-auksiyonun iştirakçıları yalnız 1 satoşidən az olan məbləğ göndərə bilərdilər. Auksiyonda Lightning Network şəbəkəsindən istifadə olunub və bitcoin tranzaksiyalar demək olar ki, komissiyasız həyata keçirilib. Nəticədə rəsm əsəri 1 millisatoshi-yə (0,000000037 $) satılıb.

image-2-1.png

      Cryptograffiti Reddit-də dünyada ən ucuz hesab edilə biləcək bir sənət əsəri yaratmaq istədiyini yazıb və qeyd edib ki, gələcəkdə kriptovalyutada olan mikro ödənişlər insanların gündəlik həyatına daxil olacaq. Xatırladım ki, rəssam öz YouTube kanalında “Qara qu quşu” adlı rəsm əsərini necə yaratıdığını yerləşdirib.

 

 

Elnur Quliyev

 

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma