Sürücülərin pozduğu lakin DYP-nin cərimə yazmadığı qaydalar

     Hər gün ölkə yollarında onlarla yol hərəkət qaydaları pozulur. Bu qayda pozuntuların bir çoxu açıq aşkar görünsə də həmin sürücülərə DYP tərəfindən cərimə yazılmır. Bu qaydalar aşağıdakılardır:

  • Tunellərdə işıqların yandırılmaması – Ən geniş yayılmış qayda pozuntularından biridir. Qaydalara əsasən sürücülər tunelə girən zaman mütləq yaxınvuran işıqları yandırmalıdırlar. Lakin avtomobilin işıq sistemi avtomatik rejimdə çalışmırsa buna heç kim riayət etmir. Cəriməsi 30 manat olan bu qayda pozuntusuna görə heç kimə cərimə yazılmır.
  • Dönmə işıqlarının yandırılmaması – Sürücülər arasında kütləvi halda pozulan qaydadır və buna görə DYP çox az sayda cərimə tətbiq edilir. Bu səbəbdən ölkəmizdə bir çox sürücülər yol ayrıcında dönərkən, zolağı dəyişəndə, avtomobili park edərkən, durduğu yerdən hərəkətə başlayanda bu işıqları yandırmırlar. Hətta vəziyyət o həddə çatıb ki, buna görə digər sürücülərin haqlı narazlıqlarını bildirdiyi zaman buna sərt reaksiya verirlər.  Bu qayda pozuntusuna görə cərimə 30 manatdır.
  • Avtomobildən küçəyə əşya atılması – Daim pozulan lakin cərimələnməyən qayda pozuntularından biridir. İndiyənə qədər küçəyə zibil atdığına görə cərimələn sürücü demək olar ki, olmayıb. Nə kameralar, nə də inspektorlar bu pozuntuya görə cərimə tətbiq etmirlər. Cəriməsi 40 manatdır.
  • Duman işıqlarının yandırılması – Özündən başqa heç kimi düşünməyən sürücülərin pozduğu qaydadır. Duman işıqları yalnız 300 metrdən aşağı məhdudiyyətli görmə yarandıqda (qar, güclü yağış, duman və s.) yandırılmalıdır. Lakin şəhərdə bir çoxları bu işıqları yandıraraq avtomobil idarə edirlər. DYP da bu mövzuda ümumiyyətlə tədbir görmür. Bu qayda pozuntusunun cəriməsi 30 manatdır.
  • STOP nişanına əməl edilməməsi – Bu nişan dayanmadan keçmək qadağandır nişanıdır. Bu nişan quraşdırıldığı kəsişmədə avtomobil mütləq dayandırılmalı və daha sonra hərəkət edilməlidir. Bizdə isə bu nişana demək olar ki, əməl edilmir. Cəriməsi yol boş olduqda 40 manat, yolayrıcında avtomobil olduqda isə 60 manat + 3 baldır.
  • Avtomobilin işıq sisteminə müdaxilə edilməsi – Xüsusən Rusiya istehsalı olan avtomobillərdə (Lada 4×4, Vesta, Priora və s.) bu müdaxilələrə rast gəlinir. İlk olaraq avtomobilin işıqlarını dəyişərək ksenon və ya led işıqlara çevirirlər. Daha sonra dönmə işıqlarını daimi yanan (öz aralarında amerikanka) rejimə çevirirlər. Bu azmış kimi avtomobilin asqı sisteminə müdaxilə edərək avtomobilin aerodinamikasını pozurlar. Duman işıqlarını ksenon və ya led -lə əvəz etməklə yenə də qanunu pozurlar. Müxtəlif kiçik reydləri saymasaq bu qayda pozuntularına görə cərimələn jalüz-ə görə cərimələnəndən dəfələrlə azdır. Baxmyaraq ki, bu qayda pozuntuları birbaşa təhlükədir. Cəriməsi 150 manat.
  • Qayda pozan avtobus sürücüləri – İllərdir şəhər ictimai nəqliyyatı iflic haldadır. Elə ay yoxdur ki, avtobus sürücülərinin məsuliyyətsizliyi ucbatından qəza baş verməsin. Gündəlik plan yığımı üçün öz aralarında rəqabət təhükəli idarəetmə qəzalara gətirib çıxardır. DYP isə onlara qarşı sanksiya (televizya üçün çou xarakterli reydlər xaric) tətbiq etmir. Burada qanunun da boşluğu nəzər çarpır. Qanuna görə ictimai nəqliyyatın sürücüsü qayda pozduqda ona cərimə sonuncu dayanacaqda yazılmalıdır. Bu qanunu yaznların məntiqinə əsasən qəza etməsə, sağ qalsa, cərimə yazıla bilər.

Siyahını daha da uzatmaq olar:

  • Səs siqnalından istifadə;
  • Uzağavuran işıqların yaxın məsafədə yandırılması;
  • Həyətyanı sahələrdə (yaşayış zonalarında) saatda 20 km sürətdən daha çox sürətlə hərəkət;
  • 2 və 3-cü zolaqda avtomobillərin park edilməsi;
  • Zolaqda səhv yerləşmə;
  • Zolaqlar üzrə hərəkət nişanının tələbinin pozulması;
  • Səkilərdə park etmə;
  • Gecə vaxtı söndürülmüş işıqlarla hərəkət;
  • Nasaz işıqlarla gecə vaxtı hərəkət edilməsi;
  • Körpülərdə, kəsişmələrdə 1.1 xəttinin tələbini pozmaqla süni tıxac yaradılması;
  • Svetoforlarda STOP xəttinin tələbinin pozulması.

    Bəzi sürücülər bəlkə də bu cür qaydaların olmasından xəbərsizdir və ya bunu qəsdən edirlər. Aydındır ki, belə sürücülərin böyük əksəriyyəti sürücülük vəsiqəsini “təsadüfi” yolla alan şəxslərdir. Lakin bu məqaləni oxuduqdan sonra heç olmasa çalışn bu qaydaları pozmayın.

 

 

Mənbə: avtostop.tv

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma