CoinATMradar.com-ın 31.12.2018 tarixinə olan məlumatına əsasən hazırda dünyada 4109 ədəd kripto-ATM mövcuddur. Hesablamalara əsasən dekabr ayı ərzində hər gün orta hesabla 3 ATM quraşdırılır. Ümumilikdə kripto bankomatların 39%-də ikitərəfli əməliyyat aparmaq, yəni həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi 8.4% (alış zamanı 9%, satışda isə 7.2%) təşkil edir. Bankomatların 99%-i Bitcoin-i, 59%-i Litecoin, 49%-i Ethereum, 33%-i Bitcoin Cash, 18%-i Dash-ı dəstəkləyir.
Bankomatların 71%-i Amerika, 23%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 2451, Kanada- 701, Avstriya- 267, Böyük Britaniya- 209, Rusiya-48, İspaniya-79, Çexiya-65, Avstraliya-55, İtaliya-38, İsveçrə-44, Sloveniya-37, Rumıniya-28, Kolumbiya- 27, Hollandiya- 24, Polşa- 28, Finlandiya-22, Yunanıstan-20, Gürcüstan-11, Ukrayna- 10.
Kripto-ATM istehsal edən edən 31 şirkətdən 3-ü: Genesis Coin (31.7%), General Bytes (30.6%) və Lamassu (10.7%) ümumi bazarın 73%-nə sahibdir. Bankomantların sayı illər üzrə: 2015-ci ildə 503, 2016-cı ildə 954, 2017-ci ildə isə 2028 ədəd olmuşdur.
Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.
Müəllif: Elnur Quliyev