2018: Kriptovalyuta sektorunun yekunları

   Etiraf etmək lazımdır ki, 2018-ci il kriptovalyuta sektoru üçün kifayət qədər gərgin il oldu. Ümumilkdə 2018-ci ildə eko sistemin inkişafını ləngidən bir neçə önəmli hadisələri qisa analiz edək.

  • Tənzimləmələr – Investorlar və ümumilkdə sektor iştirakçılarının 2018-ci ildə ən çox gözlədiyi  tənzimləmələr baş vermədi. Dövlətlər kriptovalyutaların tənzimlənməsi ilə bağlı ümumi razılığa gələ bilmədilər. FATF da daxil olmaqla digər beynəlxalq tənzimləyicilər yeni qayda və standartların yaradılmasını 2019-cu ilə saxladılar.
  • Bitcoin ETF – 2018-ci ildə ən çox müzakirə olunan mövzularından biri ABŞ-ın Qiymətli Kağızlar və Birjaları üzrə Komissiyasının (SEC) bitcoin ETF təsdiqlənməsi mövzusu oldu. Bəs bu mövzu niyə bu qədər əhəmiyyətli idi? Məsələ ondadır ki, iri korporativ investorlar kriptovalyuta aktivləri ilə tənzimlənməyən bazarda işləməyə risk etmirlər. Odur ki, SEC fond birjalarına kriptovalyuta ticarətinə icazə versə kriptovalyuta bazarına kifayət qədər ciddi kapital daxil olacağı gözlənilir. Lakin SEC 2018-ci ildə kriptovalyutaların likvidliyinə dair şübhə və narahatlığını ifadə edərək  təqdim edilən ETF ərizələri təsdiqləməyib. Bununla belə SEC rəhbərliyinin bitcoin ETF-lərin gələcəyi ilə bağlı ziddiyətli və qeyri-dəqiq açıqlamaları da az olmadı.
  • İCO bazarı – 2017-ci ili  İCO ili adlandırılmasına baxmayaraq 2018-ci ildə İCO bazarı demək olar ki, öz tənəzzül dövrünü yaşadı. Əsas səbəb isə ümulikdə kriptovalyuta bazarında qiymətlərin sürətlə dəyər itirməsi və İCO bazarının tənzimlənməməsi səbəbində çoxlu sayda fırıldaqçılıq hallarının baş verməsi oldu. Nəticədə bir çox investorlar vəsaitlərini itirdilər, bəziləri isə zərərlə də olsa qismən vəasitlərini İCO bazarından çıxarmağa məcbur oldu. Bu faktorlar İCO sektoruna maraq və etibarı azaltdı.
  • Haker hücumları – Kriptovalyuta bazarına mənfi təsir edən mühüm faktorlardan biri də kriptovalyuta cüzdanları (wallet) və birjalara edilən haker hücümları oldu. 2018-ci ildə bu hücümlar ən pik həddə oldu. Coincheck, Coinrail, Bithumb, BitGrail, Zaif birjalarına edilən haker hücümları nəticəsində ivestorlar ümumilkdə 700 milyon dollar itirdilər. Nəticədə birjaların qeydiyyatdan keçdikləri dövlətlər (misal üçün, Yaponiya) birjalara olan tələbləri sərtləşdirməyə məcbur oldular.
  • Siyasi-iqtisadi proseslər – Dünyada baş verən siyasi və iqtisadi proseslər öz mənfi təsirini kriptovalyuta bazarına da göstərdi. Avropadakı siyasi gərginlik, D.Trampın açıqlmaları, ABŞ-Çin “ticarət müharibələri” xəbərləri, neftin qiymətinin düşməsi, fond indekslərinin son 10 ildəki minimumlara düşməsi ümumilikdə investisiyaların bazardan çıxmasına səbəb oldu.

      Yuxarıda göstərdiklərim səbəblər birbaşa və ya dolayı yolla kriptovalyuta sektoruna öz mənfi təsirini göstərməsinə baxmayaraq hesab edirəm ki, kriptovalyutalar sübut etdi ki, artıq onları inkar etmək və ya məhv etmək mümkün deyil.

   31.12.2018 tarixinə CoinMarketCap.com-a istinadən “TOP-10”-da olan kriptovalyutaların bazar kapitalizasiyası və qiymətləri:

image (2)

    Statistikaya əsasən kriptovalyuta bazarında qiymətlərin 2018-ci ilin ikinci rübündən sonra kəskin enməsinə baxmayaraq insanlar arasında rəqəmsal aktivlərə maraq dəfələrlə artıb. 2018-ci ildə kriptovalyutalar haqqında kitablar yazıldı, sənədli filmlər çəkildi, məşhur universitetlərin tədris planlarına kriptovalyuta təlimləri daxil edildi, dünya üzrə kripto-bankomatların sayı 2 dəfə artdı. Bunların hamısı ümumilkdə kriptovalyuta sektorunun formalaşması və inkişafına öz müsbət təsirini göstərməyə bilməz.

     Kriptovalyuta bazarında qiymətlərin dəyişməsində medianın rolu az olmadı. İstənilən xəbər və ya hadisənin, dövlət və beynəlxalq tənzimləyici orqanların rəhbərlərinin açıqlamalarının kütləvi informasiya vasitələri tərəfindən vaxtında və qərəzsiz çatdırılması çox əhəmiyyətlidir. Odur ki, 2018-ci ildə bitcoin və kriptovalyutalar haqqında kifayət qədər marağa səbəb olmuş xəbərləri nəzərinizə çatdırıram:

Bitcoin haqqında maraqlı faktlar

Kriptovalyuta bazarı 2018 (video)

ABŞ-ın Oqayo ştatı vergiləri bitcoin ilə qəbul edir

2018-ci ilin ən iri haker hücümları

Kriptovalyuta cüzdanı – Metaldan

Kriptovalyuta girovu ilə kredit

2018-ci ildə 264 kriptovalyuta yox oldu

Kriptovalyuta almaq üçün mübadilə servisləri

FICE – İlk Islam kriptovalyuta mübadilə servisi

Korlar üçün ilk bitcoin-wallet

1 Bitcoin ilə 18 ölkə gəzən turist

Kriptovalyutaları qadağan edən 7 ölkə

Bitcoin ilə işləyən ilk kofe-maşın

İlk bitcoin smart banknot

Kriptovalyutaya qoyulan ilk abidə

Dünyanın ən stabil kriptovalyutası: Tether

Kriptovalyuta mayninq edən ilk velosiped

Bitcoin ilə satılan ilk təyyarə

Kriptovayutaya həsr edilmiş ilk monumnet

Bitcoin – 10 yaş!

Genesis block – 10 yaş!

Kriptovalyutalara investisiya etmək istəyənələr üçün 7 tövsiyyə

Kriptovalyutaların mövcud durumu və prespektivləri – Elnur Quliyev

ARB24 TV-də Kriptovalyuta müzakirəsi (video)

The-Week-So-Far-678x381

 

Elnur Quliyev

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma