2009-cu ilin yanvarın 3-də Genesis block – ilk bitcoin bloku yaradıldı. Bu blok Satoşi Nakamoto tərəfindən yaradılıb və həmin vaxt 1 blokun yaradılması üzrə mükafat 50 BTC idi.
Bitcoin ilə bağlı məlumat (Bitcoin White Paper) ilk dəfə internetdə 31 oktyabr 2008-ci ildə yayılsa da real olaraq ilk bitcoin 2009-cu il yanvarın 3-ü yaradlıb. Bu səbəbdən kripto cəmiyyətin bəzi nüməyəndələri bitkoinin əsl “doğum günü“-nün ilk blokunun yaradılması tarixi ilə yəni 03.01.2009-da, bəziləri isə 31.10.2008 olduğunu iddia edirlər.
Qısa tarix:
- 18 avqust 2008 – Bitcoin.org domeni qeydiyyata alınıb;
- 31 okytabr 2008 – “Bitcoin: A Peer-to-Peer Electronic Cash System”adlı sənəd (Bitcoin White Paper) internetə buraxıldı;
- 3 yanvar 2009 – Genezis blok – ilk bitcoin bloku yaradıldı;
- Bitcoin sayı məhduddur və maksimum 21.000.000 ola bilər. Sonuncu bitcoin 2140-cı ildə əldə ediləcək. Bitcoin qısa olaraq BTC yazılır və 100.000.000 satoşiyə bərabərdir;
- 12 yanvar 2009 – Satoşi Nakamoto Hal Finney adlı şəxsə 10 BTC göndərdi və bununla da ilk bitcoin tranzaksiyası həyata keçirildi;
- 5 oktyabr 2009 – The New Liberty Standard ilk dəfə dollar/bitcoin məzənnəsini təyin etdi: 1 dollar = 1.309,03 BTC
- 22 may 2010 – Bitcoin ilə ilk sövdələşmə baş verdi. Laszlo Hanyecz adlı proqramçı internetdə 2 pizzaya görə 10.000 BTC ödəyib;
- iyul 2010 – Bitcoin 0.0008-dən 0.08 dollara qalxdı;
- 9 fevral 2011 – İlk dəfə olaraq məzənnə 1 dollar = 1 BTC;
- İlk bitcoin bankomat 2013-cü ilin oktyabr ayında Kanadanın Vankuver şəhərində istifadəyə verilib. CoinATMradar.com-a əsasən hazırda dünyada 10.000-dən çox kripto-ATM var;
- Dünyada ödəniş vasitəsi kimi bitcoin qəbul edən ilk avtomobil şirkəti Lamborghini olub. Dəyəri 210.000 dollar olan 2014-cu il istehsalı Lamborghini Gallardo 216.8433 BTC-yə satılıb;
- Kiprdə yerləşən Nicosia Universiteti 2013-cü ilin noyabr ayında bitcoin-ni rəsmi ödəniş vasitəsi kimi qəbul etmiş ilk universitetdir;
- SkyCraft Airplanes dəyəri 55.000 dollar olan “SD-1 Minisport” modelini BTC ilə satışa çıxaran ilk təyyarə şirkət olub;
- Spice Girls qrupunun keçmiş üzvü Mel B öz çıxışı müqabilində Bitcoin qəbul edən ilk şou-biznes ulduzu olub;
- 2013-cü ilin noyabr ayında BTC-nin qiyməti ilk dəfə olaraq qızılın qiymətini keçib.
- Bitcoin qiymətində ən böyük enmə 2013-cü ilin aprel ayında müşahidə olunub. BTC-nin qiyməti 24 saat ərzində 80% enmişdi;
- Silk Road – bütün ödənişlər BTC ilə olan ilk sayt idi. Alıcı və satıcıların anonimliyi tam təmin olunan saytda yüngül narkotiklər, incəsənət əsərləri, soyuq silahlar, həmçinin saxta sənədlərin hazırlanması və xaker hücumlarının təşkili kimi xidmətlər də təklif olunurdu;
- 11 dekabr 2014 – Microsoft BTC-ni rəsmi olaraq ödəniş vasitəsi olaraq qəbul etdi;
- Bitcoin-in qadağan edildiyi ilk ölkə Taylad olub. Qadağa üçün əsas səbəb kimi BTC-nin vergiyə cəlb edilə bilməməsi idi. Lakin bir müddət sonra bu qadağa aradan götürüldü. Hazırda BTC-nin qadağan edildiyi ölkələr – Vyetnam, Boliviya, Nepal, Ekvador, Mərakeş, Banqladeş;
- Yaponiya 2017-ci ilin aprelin 1-də bitcoin-ni rəsmi ödəniş vasitəsi kimi taniyan ilk dövlət oldu;
- Daşınmaz əmlak üzrə ən bahalı bitcoin-müqavilə 2018-ci ilin fevral ayında bağlanıb. Bitcoin investor Michael Komaransky Mayamidəki villasını 455 BTC-yə (həmin vaxt 6.5 mln dollara bərabər idi) satıb.
CoinMarketCap.com-un verdiyi məlumata əsasən 17 dekabr 2017-ci ildə bitkoinin ən yüksək qiyməti – 20.089 dollar qeydə alınıb.
Satoşi Nakamoto-nun kimliyi və bitkoini yaratmasının səbəbi hələ də sirr olaraq qalır. Lakin buna baxmayaraq iddia olunur ki, Satoşi Nakamoto-nu ilk kriptovalyutanın yaradılmasına təşviq edən səbəb 2008-ci il maliyyə böhranı olmuşdur. Bu ehtimalın irəli sürülməsinə əsas səbəb isə genezis blokun heşində The Times nəşrindən olan «Chancellor on brink of second bailout for banks» başlığının olmasıdır.
Bitcoin haqqında maraqlı faktlar
Müəllif: Elnur Quliyev / Crypto Consulting MMC
[…] səbəb 2008-ci il maliyyə böhranı olmuşdur. Bu ehtimalın irəli sürülməsinə əsas səbəb genesis blokun heşində The Times nəşrindən olan «Chancellor on brink of second bailout for banks» adlı […]