İşıqfor haqqında maraqlı faktlar

   İşıqfor (svetafor) yol hərəkətini tənzimləmək üçün kəşf edilən hələ ki, ən mükəmməl qurğu olaraq qalmaqdadır. Dünyada ilk işıqfor 1868-cil dekabrın 10-da Londonda Britaniya parlamentinin qarşısında quraşdırılıb. İki rəngdən (yaşıl və qırmızı) ibarət həmin işıqfor Con Pik Nayt tərəfindən icad edilmişdi və mexaniki olaraq nizamlanırdı. Bu işıqfor gündüz vaxtı oxların gecə vaxtı isə qaz fənərinin buraxdığı qırmızı və yaşıl işığın köməyi ilə hərəkətin növbəliliyini müəyyən edirdi.

     İlk avtomatik sistemlə işləyən işıqfor isə 1910-cu ildə Earnest Sirrine tərəfindən icad edilib. Bu işıqforun rəngləri yox idi lakin üzərində 2 yazı var idi: STOPPROCEED. Artıq insan tərəfindən heç bir müdaxiləyə ehtiyac yox idi və işıqfor müəyən edilmiş vaxtda özü yazılara keçid edə bilirdi.

    Elektriklə işləyən ilk işıqforun ixtiraçısı Lester Wire hesab edilir. O, 1912-ci ildə iki (qırmızı və yaşıl rəngdə) dairəvi elektrik siqnallı işıqforu ixtira edir lakin bunu patentləşdirmir.

    5 avqust 1914-cü ildə ABŞ-ın Klivlend şəhərində ilk dəfə elektriklə işləyən işıqfor quraşdırılıb. Beynəlxalq işıqfor günü məhz bu tarixin şərəfinə hər il avqustun 5-də qeyd edilir. Dörd elektrik işıqforundan ibarət konstruksiyanın müəllifi James Hоge idi. İşıqforun 2 rəngi var idi və rənglərə keçid səs siqnalları ilə baş verirdi. Sistem şüşə qutuda oturan polis tərəfindən idarə olunurdu.

23

     1920-ci ildə isə ilk dəfə olaraq üç rəngli (qırmzı, sarı, yaşıl) işıqfor Detroyt və Nyu York şəhərlərində quraşdırılıb. Bu ixtiranın müəllifləri – William Potts və John F. Harriss idi. Avropada ilk işıqforlar 1922-ci ildən sonra qurulmağa başlandı. 

24

    İşıqforların tarixi haqqında danışılan zaman ən çox adı hallanan şəxsiyyət afro amerikalı mühəndis Garrett Mоrgan. O, 1923-cu ildə tam avtomatlaşdırılmış və orijinal konstruksiyalı işıqforu patentləşdirib və ilk dəfə olaraq patentdə texniki şərtlərlə bərabər işıqforun təyinatı da qeyd etmişdi: “Qurğunun təyinatı avtomobil sürücüsünün şəxsiyyətindən aslı olmayaraq yolayrıcında keçid vaxtı növbəliyin təmin edilməsidir.” Bu səbəbdən o dövrdə belə bir məsəl yaranmışdı: “Allah sürücüləri yaratdı, G.Morgan isə onları bərabərləşdirdi”. Garrett Mоrgan “işıqforun atası” hesab edilir və 1925-ci ildən sonra dünyada quraşdırılan işıqforlar onun sxemi əsasında düzəldilirdi. G.Morgan-nın potentinin hesabına General Electric ABŞ-da işıqfor istesalı üzrə monopolistə çevrildi, G.Morgan isə ilk qaradərili milyonerlərindən biri oldu.

25

    İşıqforda niyə məhz qırmızı, yaşıl və sarı rənglərdən istifadə edilir? Qırmızı – təhlükə rəngidir. Bu rəng gündüz və gecə, yağışda və dumanda yaxşı görünür. Qadağa işarəsi üçün ideal rəng hesab edilir. Yaşıl rəng isə qırmızıdan tamamilə seçilir və onları qarışdırmaq mümkün deyil. Bu iki rəngin ortasında olan sarı rəng isə diqqət cəlb edən rənglərdən biridir və sürücüləri diqqətli olmağa çağırır.

    Dünyada ən ensiz küçə kimi tanınan Çexiyanın paytaxtı Praqa şəhərindəki “Vinarna Certovka” küçəsində piyadalar üçün xüsusi işıqfor quraşdırılıb. Çünki bu küçədən eyni vaxtda iki nəfər keçə bilmir və yalnız işıqforun köməyi ilə növbəli keçmək mümkündü.

 

 

Elnur Quliyev

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma