2018-ci ildə 264 kriptovalyuta yox oldu

   “Ölmüş” kriptovalyutaların statistikasını aparan Coinopsy saytı apardığı tədqiqat nəticəsində məlum olub ki, 2018-ci ildə kriptovalyuta bazarındaki qiymətlərin kəskin enməsindən sonra 264 altcoin yox oldu. Bu altcoinlərin 55%-i (144 proyekt) 2017-ci ildə İCO vasitəsilə buraxılmış token və koinlər idi.

      Coinopsy saytının məlumatına əsasən 264 kriptovalyuta proyekti 2018-ci ilin əvvəlində aktiv olmasına baxmayaraq 2019-cu ilin yanvar ayına artıq “ölmüş kriptovalyutalar kataloquna” düşdülər. Coinopsy “ölmüş kriptovalyuta” kriteriyaları dedikdə aşağıdakıları nəzərdə tutur: aktiv web saytı yoxdur, sosial şəbəkələrdə heç bir yenilənmə aparılmır, öz elektron cüzdanının olmaması.

Coinopsy deaktiv coin və ya tokenləri 4 qrupa bölür:

264-altcoins-failed-to-survive-2018

 

Elnur Quliyev

Leave a Reply