Bitcoin cüzdanların 0.7%-i bitcoinlərin 86.9%-nə nəzarət edir

    Çin hökumətinin maliyyə nəşri olan National Business Daily (NBD) yeni hesabatına əsasən bitcoin cüzdanlarının (wallet) 0.7%-i ümumilkdə dövriyyədə olan bitcoinlərin 86.9%-nə nəzarət edir ki, bu da hazırki qiymətlərlə təqribən 62 milyard dollara bərabərdir. İri bitcoin cüzdanlara sahib olanlar əsasən kriptovalyuta birjalarıdır. Lakin onların arasında fərdi investorlarda az deyil ki, onlar bitcoinlərin böyük hissəsinə nəzarət edirlər.

     Hesabat BTC.com resursunun məlumatlarına əsaslanıb və qeyd olunur ki, 07.01.2019 tarixinə ümumilikdə 22.65 milyon bitcoin cüzdanda müəyyən sayda bitcoin mövcuddur. Bu cüzdanların 97.2%-də bitcoinlərin sayı 1-dən azdır və 0.7%-də isə bitcoinlərin sayı 10-dan çoxdu.

Без названия

2

    Bitcoin cüzdanların cəmi 37%-də requlyar olaraq tranzaksiyalar baş verir. Böyük əksəriyyət cüzdanlarda hərəkətlilik müşhaidə olunmur. Bu cüzdan sahibləri rəqəmsal aktivi alıb uzunmüddətli mövqedə gözləməyi üstün tutanlardır. Həmçinin öz elektron cüzdanın parolunu itirmiş investorlar da bura aid edilə bilərlər.

 

Elnur Quliyev

Leave a Reply