Venesuelada El Petro Bitcoin ilə əvəzlənə bilər

     Venesuelada yanvarın 23-ü prezident Nicolas Maduroya qarşı kütləvi etirazlar başladı. Etiraz aksiyası zamanı müxalifət lideri və parlamentin spikeri Juan Guaydo özünü müvəqqəti prezident elan etdi. Guaydonun legitimliyini artıq ABŞ prezidenti Donald Trump, Kanada və Latın Amerikası ölkələri (Braziliya, Kolumbiya, Ekvador, Peru, Paraqvay, Çili, Argentina, Kosta Rika və Qvatemala) tanıdı.

  Juan Guaydo bəyan edib ki, Venesuelada illərdi iqtisadi krizisin əsas səbəbi Madura rejimidir. Hətta neft ehtiyyatları ilə təmin olunduğu iddia edilən El Petro kriptovalyutası ölkə iqtisadiyyatına müsbət təsir göstərmədi. Onun fikrincə milli kriptovalyuta elan edilən El Petro Madura rejiminin iqtisadiyyati dirçəltmək adı ilə vətəndaşlardan pul qazanmaq üçün bir vasitədir. Venesueladakı mövcud rejimin devrilməsi nəticəsində El Petro-nun “ölmüş” kriptovalyutalar sırasına düşəcəyi qacılmazdır. Əgər bu baş verərsə bəzi ekspertlər hesab edir ki, El Petronu bitcoin əvəz edə bilər. Buna əsas səbəb Guaydonun bitcoin-nə olan simpatiyasıdır.

   Juan Guaydo El Petro milli kriptovalyutasına qarşı çıxsa da 2014-cü ildən bitcoin tərəfdarı kimi tanınır. O, ilk dəfə 2014-cu ilin avgustun 21-i öz twtter hesabında vətəndaşları inflyasiyadan qorumaq üçün bitcoindən istifadə etməyə çağırıb və hətta ölkədə kriptovalyuta birjasının açılacağı ilə bağlı məlumat vermişdi.

Leave a Reply