Kriptovalyuta sektoru üzrə müxtəlif reytinqlər tərtib edən Crypto Exchange Ranks (CER) 100 kriptovalyuta birjası üçün təhlükəsizlik reytinqini təqdim edib. Reytinq agentliyi birjaları 4 əsas kriteriya üzrə qiymətləndirib:
- Server Security – Serverin təhlükəsizlik səviyyəsi;
- User Security – İstifadəçi təhlükəsizliyi;
- Crowdsourced Security – Müştəri sorğusu nəticələrinə əsasən xidmətin keyfiyəti;
- Historical – Tarixi məlumatların saxlanması.
Kriptovalyuta birjaların analizi nəticəsində əldə olunmuş məlumatlar əsasında hər bir birja üçün Cyber Security Score (CSS) qiyməti hesablanıb.
Reytinq üzrə ilk üçlükdə Kraken, Coinbase və Binance yer alıb. Qeyd etmək lazımdır ki, cəmi 9 birja qiymətləndirmə üzrə mümkün 10 baldan 8-dən yuxarı toplaya bilib. Son 3 yeri isə Bithumb, Coincheck və Zaif birjaları tutub. Kripto biznes standartlarına əsasən kriptovalyuta birjaları istifadəçilərin vasitlərinin təhlükəsizliyini təmin etməklə bərabər birjada ticarət dövriyyəsinin həcminə dair dürüst statistikanı da təqdim etməlidir.