Çinin İnformasiya Texnologiyaları və Sənayenin İnkişafı Mərkəzi (CCID) kriptovalyutalar üzrə 2019-cü il yanvar ayı üçün tərtib etdiyi rəsmi reytinqini açıqladı. 2018-ci ilin may ayından etibarən tərtib edilən sayca 9-cu reytinqdə 33 kriptovalyutanın 3 əsas kateqoriya – baza texnologiyası, tətbiqi və innovasiya üzrə göstəriciləri nəzərə alınır. İlk beşlikdə yer alan kriptovalyutalar: Eos, Ethereum, Ontology, GXChain, BitShares. Çinli eksertlər hesab edir ki, rəqəmsal valyutalar içərisində EOS ən çox prespektivi olan kriptovalyutadır.
2019-cu il yanvar üzrə reytinqdə Bitcoin 18-ci yerdən 15-ci yerə, Ontology 5-dən 3-cü yerə qalxıb. Komodo 4-dən 9-a düşüb.
Xatırladım ki, Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi kriptovalyutalar üzrə reytinqi 2018-ci ilin may ayından etibarən dərc etməyə başlayıb. Bununla da Çin, kriptovalyutaların rəsmi hökumət reytinqini dərc edən ilk ölkə oldu.
Elnur Quliyev