Brad Garlinghouse: Ripple ilə Ethereum rəqib deyil

   Ripple-nin icraçı direktoru Brad Garlinghouse Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı blockchain və kriptovalyutaların gələcəyi haqqında müzakirələrdə iştirak edib. 22 Bu zaman Ripple CEO-nun həmsöhbətləri ConsenSys-un rəhbəri Joseph Lubin və Hyperledger blockchain konsorsiumun rəhbəri Brian Behlendorf olub. Müzakirələr zamanı iki populyar kriptovalyuta olan XRP və Ethereum bazarda rəqabət aparırlarmı sualına Brad Garlinghouse “Kriptovalyuta bazarı qısamüddətli qaçış deyil, bir marafondu. Hər hansı bir kriptovalyutanın uğurunu gündəlik göstəricilərinə görə qiymətləndirmək düzgün deyil. Onların hər biri müəyyən vəzifəni yerinə yetirir. Bazarın hələ inkişafının erkən mərhələsində olduğunu düşünürəm. Buna görə də Ethereum-u XRP ekosistemi üçün rəqib hesab etmirəm” cavab verib.

Leave a Reply