Twitter: Bitcoin internetin vahid valyutası olacaq

    Twitter və ödəniş sistemi olan Square-nin icraçı direktoru Jack Dorsey məşhur aktyor Joe Rogan-ın «Joe Rogan Experience» podkastında bildirib ki, bitcoin yaxın gələcəkdə internetin vahid valyutası olacaq. Heç bir dövlətin valyutası bitkoin ilə rəqib ola bilməz çünki bu valyutalar ilk növbədə öz dövlətlərinin maraqlarına xidmət edir. Bitcoin isə riyazi alqoritmlərə əsaslanır və müəyyən mənada neytraldır.

   Jack Dorsey: “Hesab edirəm ki, internetin öz vahid valyutası olacaq. Çox güman ki, bu bitcoin olacaq. 3.3 Bitcoin 10 il ərzində müxtəlif sinaqlardan keçib. Onun təməl prinsipləri internetin prinsipləri ilə uyğun gəlir. Bitcoin – internetdə doğulub, internetdə inkişaf edir, internetdə də test edilib”. Twitter CEO-su Joe Rogan ilə dialoq zamanı qeyd edib ki, bitcoin maliyyə xidmətlərinə çıxışı asanlaşdırır və uzunmüddətli dövrdə ictimaiyyət üçün populyar maliyyə aləti ola bilər. Dorsey həmçinin internet istifadəçilərini ayrı bir rəqəmsal millətə bölüb hansı ki, müəyyən müddətdən sonra öz valyutası olmalıdır.

 

Elnur Quliyev

 

Leave a Reply