İMEİ (International Mobile Equipment Identification) – mobil cihazlar üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrədir. İMEİ nömrələr Beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin edilir və yalnız mobil cihaz istehsalçısı olan şirkətlərə ayrılır. İMEİ nömrəsi rəqəmlərin kombinasiyasından təşkil olunmuşdur. Hər bir mobil cihazın 15 rəqəmdən ibarət öz İMEİ nömrəsi var. Hər hansı mobil telefondan *#06# yığmaqla IMEI nömrəsini müəyyən etmək olar.
Mobil telefonunz oğurlanarsa Mobil Cihazların Qeydiyyat Sisteminə (MCQS) müraciət edərək imei kodunu axtarışa verə bilərsiniz. Həmin İMEİ kodlu cihaza istənilən digər nömrə daxil edildikdə dərhal nömrə təyin olunur və nömrəyə MCQS tərəfindən bildiriş mesajı gəlir. Şəkildə gördüyünüz kimi:
Əgər telefon tapdığınız an tez bir zamanda yaxınlıqdakı polis bölməsinə yaxınlaşmasanız cihazı oğurlaması və ya cihazı oğurlayan şəxslə əlbir sayılırsınız. İMEİ kodu ilə cihazin harda olduğunu tapmaq həmçinin telefonu kilidləmək mümkündür. Oğurlanmış mobil telefonun İMEİ nömrəsi qara siyahıya daxil edilir. Qara siyahıya daxil edilmiş İMEİ nömrələri üzrə mobil cihazların fəaliyyəti İMEİ nömrələri qara səhifəyə daxil edildiyi vaxtdan 24 saat ərzində məhdudlaşdırılır. İMEİ kodunun axtarışda olması, Azərbaycan Respublikasında qeydiyyatdan keçməsi, İMEİ nömrəsi beynəlxalq GSM assosiasiyası tərəfindən dəstəklənməsi, istifadəsinin məhdudlaşdırılması haqqında məlumatları www.imei.az saytından yoxlaya bilərsiniz. İMEİ nömrəsinin hansı mobil telefona aid olduğu haqqda məlumatları isə www.imei.info saytından əldə edə bilərsiniz əgər göstərilən imei kodla göstərilən cihaz uyğun gəlməsə cihazın imei kodu dəyişdirilmişdir. İMEİ kodu dəyişmək qadağandır.
Mənbə: technote.az