Fevralın 20-si Istanbul şəhərində region üzrə blockchain və kriptovalyuta sektorunun tanınmış simalarının iştirakı ilə Blockchain Economy İstanbul Summit keçiriləcək. Tədbirdə Türkiyə, Avropa, Yaxın Şərq və Orta Asiya ölkələrindən kriptovalyuta sənayesi üzrə geniş təcrübəyə malik mütəxəssislər, investorlar və kriptostartapçılar iştirak edəcəklər.
Haliç Kongre Mərkəzində keçiriləcək Sammitdə 43 ölkədən olan 5000-dən çox qonaqların iştirakı planlaşdırılıb. İnvestorlar, sahibkarlar və bu sektorla əlaqəli olan mütəxəssislər kriptovalyuta bazarının hazırkı vəziyyətini və blockchain texnologiyasının gələcəyini müzakirə edəcəklər. Blockchain Economy İstanbul Summit -nin əsas spikerləri: Tom Lee, Tim Draper, Serqey Popov (İOTA), İlyas Vali (rLoop), Sergey Zhdanov (Exmo), Roy Liu (Tron), Özgür Güneri (BtcTurk), Mohit Davar (Huobi), Martin Kuvandzhiev (Bitcoin Gold), Franklin Urteaga, Melikşah Utku, Dushan Spalevich (iBlock.TV) və digərləri. Spikerlərin tam siyahısı burda
Blockchain Economy İstanbul Summit-də əsas müzakirə olunacaq mövzular:
- Kriptovalyuta ödənişlərinin gələcəyi: niyə mövcud həllər uğursuzdu?
- Panel müzakirəsi: dövlətlər blockchain və kriptovalyutalar ilə barışacaq yoxsa qarşı çıxacaqlar?
- Fərdi iqtisadiyyatlar dövrü. İnsanlar hökümətə qarşı: mərkəzləşmədən qaçış
- Bitcoin və digər kriptovalyutalar: investorun növbəti addımı nədir?
- İqtisadi böhranın əlamətləri: Blockchain əsaslı iqtisadi sistem
Sammiti canlı yayımda da izləmək də mümkün olacaq. Bunun üçün 27 avro ödəməklə online qeydiyyatdan keçmək lazımdır. İştirak üçün ödənişi kriptovalyutada (BTC, ETH, Litecoin) edənlər üçün 12% endrim ediləcək. Qeydiyyat üçün biletləri bu linkdən almaq olar.
Elnur Quliyev