Bitwise Asset Management-in rəhbəri Matt Hogan Bloomberg-in radio verlişi olan “Masters in Business”-də verdiyi müsahibəsində deyib ki, rəqəmsal pulların yaratdığı maliyyə köpüyü 2018-ci ildə partladı lakin bununla belə inkişaf edən kripto sektora çoxlu pul və istedadl mütəxəssislər cəlb etdi. Matt Hogan: “Hazırda 2000-dən çox kriptovalyuta var. Onların 95%-i tamamilə faydasızdır. Buna görə də onlar məhv olacaq. Bu nə qədər tez olsa bir o qədər yaxşıdır. Əvəzində daha güclüləri bazarda qalacaq. Necə ki, 2000-ci illərdə dotkomlar köpüyü partlayandan sonra Amazon, Google, Facebook kimi şirkətlər yarandı.”
Matt Hogan hesab edir ki, vaxtıilə internet kimi blockchain də istedadlı gəncləri özünə cəlb edə bildi. Maliyyə köpüyü hesabına ekosistemə iri investisiyalar gəldi və marağa səbəb oldu. Kriptovalyutaların dəyərinin düşməsi fəlakət deyil, bu sadəcə qiymətlərin tipik dövri dalğalanmasıdır. Matt Hogan:”Bitcoin 6-7 dəfə dəyərinin 70%-ni itirib. Hər düşmədən sonra bazar yeni maksimumları görüb. Mən iddia etmirəm ki, bu yenə baş verəcək lakin son iki ilə nəzər salsaq bitcoin-in dəyəri 300% artıb. Hesab edirəm ki, korporativ investorlar mütləq rəqəmsal valyutalar bazarına gələcəklər. Bu zaman məsələsidir. Şirkətimiz keçən il 2000-ə yaxın korporativ və maliyyə konsultantları ilə görüşlər keçirib və məlum olub ki, onların kriptovalyutalara böyük maraqları var.”
Elnur Quliyev