Neftin qiyməti və ölçü vahidi haqqında maraqlı faktlar

      Hazırda dünya neft bazarındakı dinamikliyini və Azərbaycan iqtisadiyyatının neftin qiymətindən aslılığını nəzərə alaraq neftin qiyməti necə formalaşır, qiymətə təsir edən əsas faktorlar hansılardır, neft satışı hansı formada aparılır və nə üçün ölçü vahidi kimi barrel götürülür kimi sualları qısa şəkildə izah etməyə çalışacam.

   Neft hasilatı dünyanın müxtəlif regionlarında aparılırdığına görə neft markaları keyfiyyəti və xüsusiyyətlərinə görə həmişə bir-birindən fərqlənir. Qiymətlər də təbii ki, fərqli olacaq. Xam neftin 200-dən çox növü var və birja platformalarında onların hamısını eyni zamanda göstərmək mümkün deyil. Bu səbəbdən birjalarda təqdim edilən neft markaları bir növ etalon hesab edilir. Misal üçün, Avropa İttifaqı və Asiya regionu üzrə etalon neft markası Brent Crude Oil (Brent), Amerika üçün isə West Texas Intermediate (WTI) hesab olunur. Neftin bu markaları ən yüksək bazar likvidliyinə malikdir. Neftin birja dəyəri onun ən obyektiv qiyməti hesab olunur.

d07cb1035d711f87418706a49dd9a640.jpg

    Birjalarda neft müxtəlif formalarda ticarət olunur və onların arasında ən çox rast gəlinən fyuçers müqavilələri və opsionlardır. Fyuçers müqavilələri ilə siz real nefti alaraq evinizə qədər daşıtdıra bilərsiniz. Lakin bu milyonluq müqavilələr və neft şirkətləri üçün istifadə edilir. Qalan digər hallarda isə fyuçerslər və digər ticarət alətləri yalnız sənəd üzrəində aparılır. Yəni, real neft deyil yalnız onu alıb-satmaq hüququ üzərindən ticarət olunur. Neft üzrə maksimal ticarət dövriyəsi Nyu-York Əmtəə Birjası (New York Mercantile Exchange, NYMEX) və London Intercontinental Exchange-də (İCE) baş verir. Neft üçün ümumi qəbul edilən minimal birja müqaviləsi 1000 barel təşkil edir.

     Neftin dəyişən qiymətlərində qazanmaq istəyən investorlar ilk növbədə bazarın hansı istiqamətdə inkişaf etdiyini və qiymətlərə hansı fundamental faktorların təsir etdiyini bilməlidir. Uğurlu ticarət etmək üçün neftlə bağlı dünyada baş verən istənilən hadisəni düzgün qiymətləndirmək vacib şərtdir. Neftin qiymətinə təsir edən əsas fundamental faktorlar:

  1. OPEC-in neft hasilatına təyin etdiyi kvotalar – Kvotalar  əsas təchizatçı ölkələrin mövqeyinin ifadəsidir. Kvotaların azaldılması satışa təqdim edilən xammalın həcminə təsir göstərir və bu da onun dəyərinin artmasına səbəb olur.
  2. Neft bölgələrində siyasi və iqtisadi vəziyyətin pisləşməsi – Bu tip hadisələr bazarlara neftin təchizatı zəncirinin pozulması ilə nəticələnir.
  3. Makro iqtisadi göstəricilər – Dünya iqtisadiyyatının makro iqtisadi göstəricilərinin artması və ya azalması fonunda  neftə olan tələb də eyni isitiqamətdə olacaq.
  4. Amerika dollarının məzənnəsi – Neftin dəyəri ABŞ dollarına bağlıdır və birjalardakı dollar/barrel mübadilə cütlüyü aslılığı bunun bariz nümunəsidir. Dolların aşağı məzənnəsi həmişə neftin qiymətini artırır.
  5. Spekulyativ mexanizmlər  – Təcrübə onu göstərir ki, çox vaxt iri investorlar spekulyativ “oyunlar” təşkil etməklə neft bazarında qiymətlərə təsir edə bilirlər.

Neft bazarını analiz etmək üçün aşağıdakı faydalı linklərdən istifadə edə bilərsiniz:

   Neft bazarını təhlil edərkən xam neftin qiymətinin benzin və mazutun mövsümi dəyərindən asılı olmasına diqqət yetirmək lazımdır ki, bu da öz növbəsində tələbat həcminə görə formalaşır. Tələbat adətən qış və yay aylarında ən yüksək səviyyəyə çatır. Həmçinin nəzərə almaq lazımdır ki, neftin qiymətinə təsir edən ən güclü amillərdən biri də Amerikadır. Bunun əsas səbəbi odur ki, ABŞ xam neftin ən böyük istehlakçısıdır və onlar üçün qiymətin ucuz olması sərfəlidir. Amerika artıq uzun illərdir özünün neft ehtiyyatlarını formalaşdırır və bu ehtiyatlardan hələ ki, istifadə etmir. Əgər Amerika nə vaxtsa bazardan neft almaq əvəzinə öz ehtiyatlarından istifadə etməyə başlasa, bu neftin qiymətinin kəskin enməsinə səbəb olacaq.

Qlobal formada neftin qiymətinin formalaşmasına təsir edən 3 əsas komponent var:

  • Neft mədənləri, hasilat prosesi və nəqliyyatı üzrə investisiyalar – neftin maya dəyərinin formalaşmasını təmin edir;
  • Neft ehtiyyatlarının həcmi – neftə tələbatın faktiki göstəricisidir;
  • Siyasi və iqtisadi hadisələr – neftin qiymətinə təsir edən əhəmiyyətli fatkordur.

984372aa225ddb0a95f274e37aae7a36

   Nə üçün neft barrel ilə ölçülür?    

     Dünya bazarında bir qayda olaraq neftin ölçü vahidi barrel ilə götürülür. Bu səbəbsiz deyil və əsaslı izahı var. Barrel Azərbaycan dilində çəllək mənasını verir və 159 litrə (daha dəqiq 158,988 litr) bərabərdir. XIX əsrin ortalarında dünyada neft istehsalı və satışının böyük bir vüsət aldığı zamanda neftin hasilatının uçotunun aparılması və müxtəlif ölçülü qablarda satılması hesabatlar zamanı böyük çətinliklər yaradırdı. Bu səbəbdən 1866-cı ildə  neft sənayeçiləri Pensilvaniyanın Tirusvil  şəhərciyində görüşərək netfin istehlakçılara çatdırılması üçün standart ölçülü qabların yaradılmasını müzakirə edirlər. Burada neftin 1 barrelinin ölçüsü 42 qallon olması qərarlaşdırılır. Ona görə ki, 18-ci əsrdən başlayaraq Pensilvaniyada çaxır, yağ, sabun, balıq və digər müxtəlif məhsulların daşınması üçün 42 qallonluq taxta çəlləklərdən ticarətdə istifadə olunurdu. Həm də, belə ölçülü çəlləkləri çox da ağır olmadığına görə bir nəfər işçi asanlıqla daşıya bilirdi və onları gəmi və ya dəmiryolu platformalarında boşaltmaq və ya yükləmək çox rahat idi. Bu səbəbdən də 42 qallonluq çəlləklərin standart ölçü vahidi kimi qəbul olunması sənayeçilər üçün məntiqli və uyğun bir variant idi. 1872-ci  ildə Amerikanın  Neft  Sənayeçiləri Assosiasiyası rəsmi şəkildə 42 qallonluq çəlləyi – barreli neftin ölçü standartı kimi təsdiqləyir.

  1 barrel = 42 qallon = 159 litr = 0.1364 ton

     Hazırda neft və neft məhsulları iri tankerlər və borular vasitəsilə nəql edilir lakin neft barreli ölçü vahidi kimi dünya neft ticarətində qalmaqdadır. Bu zaman sual yarana bilər ki, niyə görə neft sənayəsində dünyada daha çox tanınan çəki ölçü vahidi olan ton-dan istifadə edilmir? Ton-un ölçü vahidi kimi neft hesablamalarında qeyri populyar olmasının əsas səbəbi neftin müxtəlif növlərinin fəqrli sıxlıqlarda olmasıdır. Sıxlıq göstəriciləri fəqrli olduğuna görə eyni həcmdə olan neftin fərqli növləri fəqli çəkidə olurlar. Misal üçün, 1 barreldə həcm miqdarı dəqiq bilindiyi təqdirdə, 1 ton-da həcm miqdarı neftin növündən aslı olaraq dəyişir. Həmçinin nəzərə almaq lazımdır ki, neft məhsulları tanker, sistern və boru kəmərləri ilə nəql edilir və bu səbəbdən qara qızılın çəki ilə deyil həcm ilə ölçülməsi və hesabların aparılması daha rahat və düzgündür.

Müəllif: Elnur Quliyev

 

OPEC haqqında maraqlı faktlar

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma