SpaceX və Teslanın təsisçisi olan Elon Musk ilk dəfə olaraq müsahibəsində bitkoinin üstünlüyü barədə danışıb. O, rəqəmsal valyutaları adi kağız pulların ən yaxşı alternativ hesab etdiyini vurğulayıb.
Elon Musk: “Kağız pullar artıq tarixə çevrilməkdədir. Şübhisz ki, onların yerini kriptovalyutalar tutacaq. Kriptovalyuta ilə pul göndərmək adı kağız pullardan daha rahatdır. Bu dəqiqdir! Bitkoinin strukturu çox maraqlıdır. Bitcoin bir pul köçürmə vasitəsi kimi kağız pulllardan daha faydalıdır. Lakin kriptovalyutanın çatışmayan cəhəti odur ki, onların əldə edilməsinə sərf olunan enerji çoxdur.”
Xatırladım ki, Elon Musk 2018-ci ilin fevral ayında hesabında 0.25 BTC olduğunu və bunun da ona bir dostu tərəfindən göndərildiyini etiraf etmişdi.
Elnur Quliyev