Yaponiyanın bank sisteminin qiqantlarından olan Mizuho Financial Group öz kriptovalyutasını buraxır. Rəqəmsal cüzdan bank hesabına bağlı olacaq. Nikkei Asian Review-in verdiyi məlumata əsasən J-Coin adlı kriptovalyutanın artıq martın 1-dən pul köçürmələrində istifadə olunacağı bildirilir. Yeni kriptovalyuta J-Coin Pay adlı xüsusi mobil proqram vasitəsilə idarə ediləcək və istənilən istifadəçi QR kod vasitəsilə pərakəndə ödənişləri həyata keçirmək imkanı olacaq. 1 J-Coin 1 yenaya bərabər tutulacaq. Bank hesablarına bağlı olan elektron cüzdanlar arasında hesablararası pul köçürmələrindən komissiya tutulmayacaq.
Xatırladım ki, Mizuho Financial Group 1.8 trilyon dollarlıq aktivlərə malikdir və 60-dan çox maliyyə qurumu ilə partnyorluq edir.
Elnur Quliyev