V.Putin: Rəqəmsal aktivlər haqqında qanun qəbul olunacaq

   Rusiya Federasiyasının prezidenti Vladimir Putin Nazirlər Kabineti və Dövlət Dumasına 1 iyul 2019-cu il tarixinə qədər rəqəmsal maliyyə aktivlərinin tənzimlənməsi barədə qanun layihəsi təqdim etməyi tapşırıq verib.

prezident-rossii-putin-poruchil-pravitelstvu-prinyat-kriptovalyutu-k-iyulyu-2019-goda

       Xatırladım ki, Rusiya rəsmi nümayəndələri rəqəmsal maliyyə aktivləri haqqında qanun layihəsinin FATF-ın rəqəmsal aktivlər haqqında tənzimləmə tövsiyyələri dərc edildikdən sonra qəbul olunacağını bildirmişdilər. FATF (Financial Action Task Force) maliyyə cinayətləri və çirkli pulların yuyulması ilə mübarizə üzrə hökümətlərarası beynəlxalq qurumdur və bir çox dövlətlər üçün rəqəmsal aktivlərin tənzimlənməsi üçün FATF-ın qəbul etdiyi qərar xüsusilə önəmlidir.

Leave a Reply