FES: Tənzimləmələr kriptovalyuta sektorunu inkişaf etdirəcək

default-1gi9 ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) rəhbəri Jerome Powell kriptovalyuta sənayesinin inkişaf etməsi üçün optimal tənzimləmələrin lazım olduğunu bəyan edib.  Konqresdə inflyasiya və ölkənin maliyyə vəziyyəti ilə əlaqədar dinləmələr zamanı J.Powell çıxış edərkən qeyd edib ki, hökümət rəqəmsal aktivlərə daha ciddi yanaşmağa başlamalıdır. Nümayəndələr Palatasının üzvü Warren Davidson FES rəhbərinin qarşısında “rəqəmsal valyutaların daha dəqiq tənzimlənməsi” məsələsini qaldırdı. Digər konqresmen Barry Lowdermilk isə kriptovalyutaların ABŞ-ın pul-kredit siyasətinə necə təsir edə biləcəyi ilə bağlı sual verdi.

     Jerome Powell: “Kriptovalyutaların düzğün tənzimlənməsi fırıldaqçılıqla mübarizədə kömək edə bilər və bu sektorda innovasiyaların tətbiqini təşviq edəcək. Hal-hazırda kriptovalyutalar ABŞ-ın pul kredit-siyasətinə təsir etmir çünki onların valyuta kimi geniş istifadə imkanları yoxdu. İndiki vəziyyətdə kriptovalyutalar investisiya aləti kimi daha çox istifadə edilir. Kriptovalyutaların qiymətindəki yüksək volatillik onların geniş tanınma və qəbulunu hələki mümkünsüz edir.”

Leave a Reply