Amerikanın ExxonMobil və Chevron şirkətləri də daxil olmaqla yeddi qlobal neft şirkəti blockchain konsorsiumu yaratmaq üçün bir araya gəldi. Oil & Gas Blockchain Consortium adalan yeni təşkilat neft-qaz sənayesində blockchain texnologiyasının potensialını araşdırmağı planlaşdırır. Dəznizdə neftçıxarma podratçıları komitəsinin (OOC) rəhbəri Rebecca Hofmann qeyd edib ki, bu konsorsium blockchain və yeni texnalogiyalar sayəsində neft sənayesində yeni standartların yaradılmasına kömək edəcək. Oil & Gas Blockchain Consortium- a ExxonMobil və Chevron-dan əlavə ConocoPhillips, Pioneer Natural Resources, Hess, Equinor, Repsol şirkətləri daxildir.
Müəllif: Elnur Quliyev