Ernst & Young kriptovalyutalar üçün vergi hesablama servisi təqdim etdi

02.jpg   Dünyanın ən məşhur 4 audit şirkətindən biri olan Ernst & Young LLP (EY) kriptovalyuta əməliyatları üzrə vergi hesablama və vergi bəyannaməsi hazırlamaq üçün servis tədim edib.  Servis Crypto-Asset Accounting and Tax (CAAT) adlanır və rəqəmsal valyutalarda vergi mühasibat əməliyyatlarını asanlaşdırmaq üçün nəzərdə tutulub. CAAT bir neçə kriptovalyuta birjası və elektron cüzdanlarla inteqrasiya edilib və bu imkan verir ki, kriptovalyuta tranzaksiyalarını daha yaxşı izləsin. CAAT bir neçə mənbədən məlumatları toplayaraq birləşdirir və avtomatik olaraq müxtəlif hesabatlar, informasiya panelləri yaratmağı, həmçinin kripto aktivlərlə bağlı ABŞ-ın Internal Return Service (IRS) üçün vergi bəyannaməsini hazırlamağa imkanı verir.

  CAAT xidməti balansında rəqəmsal valyuta saxlayan korporativ müştərilər və kriptovalyutalarla ticarət edən fiziki şəxslər üçündür. Bu xidmət EY TaxChat və EY Private Client Services -dən istifadə edən müştərilər üçün təqdim ediləcək. EY-ın vergi xidməti üzrə vitse prezidenti Marna Ricoeur: “Biz müştərilərimizin kripto aktivlər sahəsində ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş xüsusi innovativ texnologiyanı təqdim edirik.”

 

 

Elnur Quliyev

 

 

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma