Kaspersky: Cəmiyyət hələ kriptovalyutalara hazır deyil

   “Kaspersky Lab” şirkətinin rəhbəri və dünyanın informasiya təhlükəsizliyi üzrə məşhur mütəxəssislərindən biri olan Yevqeni Kasperskiy Arabian Business portalına verdiyi müsahibədə qeyd edib ki, cəmiyyət hələ rəqəmsal valyutaların fiat pulları əvəz etməsinə hazır deyil və bunun üçün daha çox zamana ehtiyac var.

05  Yevqeni Kasperskiy: “Kriptovalyutalar əla ideyadır lakin cəmiyyət hələ ki, buna hazır deyil. Hazırda bitcoin və digər rəqəmsal valyutalar mövcud maliyyə sistemini əvəz edə bilmir və bunun üçün bütün dünya ölkələri birləşməlidir. Dövlətlərin isə əsas məqsədi kriptovalyutaları tənzimləməkdir. Gələcəkdə pullar kagiz deyil rəqəmsal formatda olacaq. Mən inanıram ki, gələcəkdə, bəlkə də 100 il sonra bütün dünya dövlətləri birləşəcək və dünyanın vahid rəqəmsal valyutası olacaq.”

Elnur Quliyev

Leave a Reply