Kripto bankomatların statistikası: Mart 2019

     CoinATMradar.com-ın 10.03.2019 tarixinə olan məlumatına əsasən hazırda dünyada 4424 ədəd kripto-ATM mövcuddur. Hesablamalara əsasən hər gün orta hesabla 6 ATM quraşdırılır. Ümumilikdə kripto bankomatların 60%-də ikitərəfli əməliyyat aparmaq, yəni həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi 7.5% (alış zamanı 8.4%, satışda isə 5.4%) təşkil edir. Bankomatların 99%-i Bitcoin-i, 59%-i Litecoin, 49%-i Ethereum, 33%-i Bitcoin Cash, 18%-i Dash-ı dəstəkləyir.

image

     Bankomatların 71%-i Amerika, 23%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 2675, Kanada- 691, Avstriya- 275, Böyük Britaniya- 225, İspaniya-85, Rusiya-59, Çexiya-65, Avstraliya-56, İsveçrə-51, İtaliya-42, Sloveniya-42, Polşa-36, Kolumbiya- 33, Rumıniya-30,  Hollandiya- 26, Yunanıstan-23, Finlandiya-20, Ukrayna- 9.

   Kripto-ATM istehsal edən edən 31 şirkətdən 3-ü: Genesis Coin (32%), General Bytes (31.1%) və Lamassu (10.1%) ümumi bazarın 73.2%-nə sahibdir. Bankomantların sayı illər üzrə: 2015-ci ildə 503, 2016-da 954, 2017-də 2028, 2018-ci ildə isə 4109 ədəd olmuşdur.

image-1-1.png

      Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.

Müəllif:  Elnur Quliyev

 

Bitcoin haqqında maraqlı faktlar

Elnur Quliyev: Kriptovalyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edin

 

Leave a Reply