KakaoTalk kripto-cüzdanı inteqrasiya etdi

02   Cənubi Koreyanın ən iri internet korporasiyası olan Kakao öz platformasında rəqəmsal cüzdanı inteqrasiya edəcək və bununla da istifadəçilər bir-birinə mesajla bərabər kriptovalyuta da göndərəcəklər. CNN-nin verdiyi məlumata əsasən KakaoTalk-ın 44 milyon istifadəçisi bu xidmətdən yararlana biləcək. Rəqəmsal cüzdan Klatyn blokçeyni əsasında yaradılıb. Kakao keçən həftə bu platformanın inkiaf etdirilməsi üçün 90 milyon dollar investisiya cəlb edib. Şirkət gələcəkdə öz platformasında rəqəmsal valyutaları və KakaoPay, KakaoTaxi, KakaoStory, KakaoStock kimi servisləri əlavə etməyi planlaşdırılır.

    Kakao rəhbərliyinin bu qərarı verməsinə əsas səbəb isə Samsung-un Galaxy S10 smartfonlarına kriptovalyuta cüzdanının inteqrasiya etməsi oldu.

 

 

Elnur Quliyev

Leave a Reply