Start-up nədir?

02-1.jpg     Start-up ingilis dilindən tərcümədə başlamaq, işə salmaq mənalarını verir. Start-up dedikdə, mövcüd olmayan hər hansı bir ideyanın reallaşdırılması və ya daha əvvəldən mövcüd olan hər hansı bir ideyanın təkmilləşdirilməsi üçün ehtiyacı aradan qaldıran və bəzən də həmin ideyanı ehtiyac halına gətirən inkişafa meyilli təşəbbüslər başa düşülür. Çox zaman Start-up dedikdə yalnız İT sahəsi ilə əlaqədar fəaliyyət başa düşülür. Lakin bu belə deyil və startuplar yalnız iqtisadiyyatın İT sahəsinə deyil, bütün sahələrə aid ola bilər. Yəni, istənilən sahədə yeni fikir istehsal etmək yolu ilə mövcüd olmayan nəyisə kəşf etmək və ya mövcüd olan hər hansı bir şeyi daha təkmil hala gətirməkdir. Ən böyük staruplara HP, Facebook, YouTube, İnstagram, Wikipedia v.s misal göstərmək olar.

     İlk dəfə start up anlayışı 1939 cu ildə texnologiyanın əsas mərkəzi hesab olunan ABŞ-ın Koliforniya ştatında San–Fransisko şəhərinin yaxınlığında, Santa-Klare vadisində yaranmışıdır. Bu ərazi hazırda dünyanın yüksək texnologiyalar mərkəzi hesab olunan Silikon Vadisi adlanır. Həmin il Stendford Universitetində təhsil alan tələbə dostlar William Hewlett və David Packard o zamanlar üçün balaca və yeni hesab edilən layihələrini yaradaraq ona Start Up adını verdilər. Zaman keçdikcə bu layihə hal-hazırda dünyanın ən nəhəng texnologiya şirkətlərindən biri olan HP şirkətinə çevrildi. Şirkətin adı qurulcuların adlarının baş hərflərindən götürüldü və Hewlett-Packard (HP) adlandırıldı. HP şirkətinin başlanğıc sərmayəsi 538 dollar idi və onun ilk ofisi Palo Altoda yerləşən adi qaraj olub. Hazırda dünyanın ən böyük texnoloji startupları Silikon Vadisində yerləşir.

002

Kimlər start-up bizneslə məşğul ola bilər?

Əslində istənilən insan startup qura bilər. Yetər ki, maraqlı və praktik ideyası olsun. Əgər aşağıdakı xüsusiyyətlər sizdə varsa əmin olun ki, start-up tam sizə görədir:

  • Əgər çalışmaq sizin qanınızdadırsa – Yaradıcılıq prosesində qarşıya çıxan çətinlikləri çözmək və heç nəyə baxmadan irəliyə doğru addımlamağı sevən insanlar üçün bu biznes seçimi əla variantdır;
  • Siz innovatorsunuzsa – Startup biznesində innovasiya çox əhəmiyyətlidir. Odur ki, bazar araşdırması apararaq yeni biznes idayaların yaradılması önəmli faktordur. Hətta hazırda bazarda istənilən yeni ideyanın çox şeyi həll etdiyini demək mümkündür. Bu səbəbdən bir çox böyük şirkətlər innovasiyalara böyük pullar ayırır. Onlar uğurlu startupları axtarışındadır və bir neçə il vaxt itirərək yeni ideyalar hazırlamaqdansa hazır startup-ın haqqını ödəyərək onu almağa hazırdırlar.

01

Start-up adi biznes fəaliyyətindən nə ilə fərqlənir? 

1. Startup-a kiçik kapitalla başlamaq olar. İlk fərq ondadır ki, biznes açmaq üçün müəyyən sayda heyət olmalıdır. Heyət tam olmasa da ofis, çalışacağı bazar, gəlir götürmə yolları, ən əsası isə məhsul hazır olmalıdır. Startuplar isə kiçik bir heyətlə də başlaya bilər. Ola bilər ki, sadəcə bir insan olsun. Ofis o qədər də vacib deyil, çünki planda hələ bir və ya bir neçə il gəlir götürmədən işləmək olsun. Bu hər bir startupa başlamadan nəzərə alınmalıdır. Məhsul isə yaxşı olar ki, istifadəçilərin sayını artırmaq, gələcək bazarı yaratmaq üçün pulsuz (və ya qeydiyyat qarşılığında) paylansın.

2. İnvestor adətən startupın heyətində yer alır. Startup üçün ilkin kapital adətən investorun özü tərəfindən maliyyələşdirilir. Belə ki, yeni yaradılan kiçik bizneslər kredit və digər mənbələr hesabına maliyyələşirsə, startuplar isə başlıca olaraq investorun və ya sərmayə qoyan şirkətlərdən asılı olur. Çünki startupların sonda nə qədər uğur gətirəcəyini və ya ziyanla işləyəcəyini öncədən hesablamaq çox çətindir.

Start-up layihələrin uğursuz olmasının 2 əsas səbəbi:

  • Lazım olan investisiya məbləğinin tapılmaması. Layihə nə qədər uğurlu olsa da, əsas məsələ puldur! İnvestor üçün layihə o qədər cəzbedici olmalıdır ki, lazım ola vəsait vaxtında və tam məbləğdə cəlb edilə edilsin;
  • Startaplar bir çox hallarda 2 və daha çox təsisçi tərəfindən yaradılır. Layihənin ilkin mərhələsində layihə rəhbəri olma və təsisçilərin vəzifə öhdəliklərinin müəyyən edilməsi, mənfəətin bölüşdürülməsi və s. kimi məsələlər narazılığa səbəb olur. Bu faktorlar ümumilikdə layihəni uğursuzluğa gətirib çıxarır.

Müəllif:  Elnur Quliyev

Leave a Reply