MBA təhsili haqqında maraqlı faktlar

   MBA (Master of Business Administration) iqtisadiyyat və menecment sahəsində ixtisas dərəcəsidir. MBA təhsil proqramının əsas vəzifəsi biznes üçün orta və yuxarı dərəcəli menecerlərin hazırlanmasına yönəldilib.

    MBA təhsil proqramı  ilk dəfə 1902-ci ildə  ABŞ-ın  Dartmouth College (Hanover, New Hampshire) tərəfindən tətbiq edilmişdir. Qısa zamanda MBA təhsili amerikan əmək bazarında xüsusi bir standarta çevrildi. Buna səbəb isə bu təhsilin yüksək səviyyədə olması və tələbələrə qarşı irəli sürülən tələblərdən irəli gəlirdi. Diplomda MBA sözü onu göstərirdi ki, bu şəxs istehsal və bazar üzrə XX əsrin əvvəllərində aktual olan tədris kursunu keçmişdir. Daha sonralar isə bu təhsil növü dünyanın bir çox ölkələrində də istifadə olunmağa başlamış və son 20 il ərzində idarəetmə sahəsində bakalavrların seçdiyi ixtisaslar arasında ən populyarıdır.

MBA təhsilinin üstünlükləri:

  • dünya görüşünün genişlənməsi – MBA özündə biznes idarəçiliyinin bütün aspektlərini birləşdirir: idarəçilik, marketinq, satışlar, HR, layihələrin idarə olunması və s;
  • biznesin müxtəlif sahələrində praktiki biliklərin əldə edilməsi;
  • tanınmış şirkətlərin top-menecerlərin və nobel laureatlarının master-klass, treninq və seminarlarında iştirak etmək imkanı;
  • yeni tanışlıqlar və əlaqələrin qurulması – hazırda bu çox əhəmiyyətli faktordur və biznes təhsilində ən vacib məqamlardan biridir;
  • MBA təhsilinin olması sizin CV-yə əlavə dəyər qatmış olur və iş axtarışı prosesini asanlaşdıra bilər.

1543489810_tid01Q_radhika_srivastava_generic_470

    Son 40 il ərzində universitetlər və biznes-məktəblər biznes sektoru üçün əsl peşəkarlar hazırlayan təhsil proqramı yaratmaq məqsədini qarşılarına qoyaraq nəzəriyyə və təcrübə, innovasiya və ənənəvi predmetlər arasında manevr edirdilər. Hazırda Amerika biznes-təhsili MBA dərəcəsi almağa imkan verən dünya təhsil proqramları arasında liderdir. ABŞ biznes-məktəblərinin liderliyinin əsas səbəbi tələbə və işəgötürənlərin sorğularına daha tez reaksiya verməsindədir. Tədris proqramları maksimum dərəcədə təcrübəyə yaxınlaşdırılmışdır ki, bu məzunlara dünyanın qabaqcıl şirkətlərində uğurla fəaliyyət göstərmək üçün geniş imkanı yaradır.

MBA proqramlarının ixtisaslaşması:

  1. MBA Start (General Management) – menecer üçün baza təhsili rolunu oynayır.
  2. MBA Professional. Dar ixtisaslaşmış sahələri (marketinq, işçi heyətinin idarə olunması, satışlar və s.) və ya sənaye proqramlarını (logistika, HoReCa, istehsal, quruculuq və s.) nəzərdə tutur.

MBA proqramının növləri:

  • Full-time MBA – əyani təhsil. Məşhurluğu ilə o qədərdə seçilmir. Əsas səbəb eyni anda həm oxumaq, həm işləmək imkanının olmamasıdır;
  • Part-time MBA – əyani-qiyabi təhsil. Dərslər axşam, həftəsonu (məsələn, iş günlərində həftədə 2 dəfə və bir istirahət günü, və ya iki istirahət günü) və ya modul sistemə malik ola bilər;
  • Distance MBA  – hazırda bu format daha çox məşhurdur. tədris prosesi zamanı daha çox çeviklik əldə etmək üçün məsafədən tədris metodu istifadə olunur;
  • Mini MBA – menecerlər üçün 6 aylıq hazırlıq kursdur. Müsbət cəhəti təhsil haqqının nisbətən daha aşağı olması və vaxta qənaət olunması;
  • EMBA (Executive MBA) – bu proqramlar yüksək səviyyəli rəhbərlər üçün nəzərdə tutulub.

   MBA üzrə tədris proqramı dünyanın qabaqcıl universitetlərində təqribən 40-70 min dollara başa gəlir və tədris müddəti 1-3 il çəkir.

2015_10_22_11_42_33_f003

    Businessweek.com, FT.com, Forbes.com-un ümumdünya reytinqlərinin məlumatlarına əsasən ABŞ-ın qabaqcıl biznes məktəbləri arasında aşağıdakıları fərqləndirmək olar: Stanford University GSB, Harvard Business School, University of Pennsylvania: Wharton, Columbia Business School, Chicago GSB, Northwestern University (Kellog), MIT Sloan, University of Michigan (Ross). Avropanın biznes-məktəblərinə gəldikdə isə onların arasında lider məktəblər: HEC Paris (France), London Business School (Great Britain), IMD (Switzerland), Instituto de Empresa (Spain), INSEAD (France/Singapore).

Azərbaycanda MBA

    Ölkəmizdə MBA təhsili hazırda sanki bir trend halını alıb və hamı orda oxumaq istəyir. Bəziləri üçün bu təhsil sadəcə olaraq növbəti diplomdur, reallıqda isə tamamlə fərqli sahədə çalışırlar. Bu səbəbdən MBA-da oxuyan tələbələrin təqribən 80%-i nə bakalavr üzrə iqtisadi təhsili, nə də real iş praktikası var. Bu isə MBA fəlsəfəsinə ziddir. Xaricdə MBA üzrə dərs deyən müəllimlər adətən öz sahələrinin “canavarlar”-ı, innovatorları və professorları, nəhəng şirkətlərinin top-menecerləri, real sektorun biznes inzibatçılarıdır. Bizdə isə ən yaxşı halda xaricdə təhsl almış (və ya inglis dilini bilən) və bir neçə il iş təcrübəsi olan müəllimlər dərs deyir. Bütün müəllimlərə hörmətlə yanaşıram lakin hesab edirəm ki, MBA tələbələri üçün real sektorda işləyən və öz sahələrində uğur qazanmış mütəxəssislər dərs deməlidir. Əks halda universitetlərimizdə tədris edilən MBA-nın verdiyi dəyər 0-a bərabər olacaq. Bunun nəticəsidir ki, hər il universitetləmiz yüzlərlə MBA ixtisası üzrə məzun buraxırlar amma ölkənin biznez mühitinin bundan nə qədər faydalanması hiss olunmur.

 

Elnur Quliyev

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma