Çin kriptovalyuta reytinqi: Mart 2019

Çinin İnformasiya Texnologiyaları və Sənayenin İnkişafı Mərkəzi (CCID) kriptovalyutalar üzrə 2019-cü il mart ayı üçün tərtib etdiyi rəsmi reytinqini açıqlayıb. 2018-ci ilin may ayından etibarən tərtib edilən sayca 11-ci reytinqdə 35 kriptovalyutanın 3 əsas kateqoriya – baza texnologiyası, tətbiqi və innovasiya üzrə göstəriciləri nəzərə alınır. İlk beşlikdə yer alan kriptovalyutalar: EOS, Tron, Ethereum, BitShares, Nebulas. Bitcoin isə ilk 15-likdə yer alıb.

ccid

   Xatırladım ki, Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi kriptovalyutalar üzrə reytinqi 2018-ci ilin may ayından etibarən dərc etməyə başlayıb. Bununla da Çin, kriptovalyutaların rəsmi hökumət reytinqini dərc edən ilk ölkə oldu.

 

Elnur Quliyev

Leave a Reply