Kriptovalyuta birjalarında orta komissiya xərci – 0,44%

    The Block tərəfindən aparılan araşdırmaya əsasən aparıcı kriptovalyuta birjaları üzrə ortalama komissiya xərcləri 0,44% təşkil edir. Hesabata görə birjalar arasında ən çox komissiya xərci ilə seçilən birjalar – Gemini (2%), Bitstamp və Bittrex olub. Ən az komissiya xərci isə Binance, KuCoin və BitFlyer birjalarında qeydə alınıb.

   Araşdırmaya əsasən istifadəçiləri üçün mənfi komissiya dərəcəsi təklif edən birja da var – itBit. Birja treyderlərə platformada əlavə likvidlik yaratmağı təşviq etmək üçün bunu edir.

Screen_Shot_2019_03_29_at_6.51.44_AM_704x450

  LMAX Digital-ın icraçı direktoru David Mercer hesab edir ki, kriptovalyuta bazarında artan rəqabət komissiya xərclərinin tədricən azaldılması ilə nəticələnəcək.

 

Elnur Quliyev

Leave a Reply