Binance birjası Matic Network layihəsinin kraudseylinin tarixini və detallarını açıqladı. Yeni qaydalar çərçivəsində ilk IEO (Initial Exchange Offerings) aprelin 25-də Binance Launchpad platformasında keçiriləcək. Layihənin kraundseyli zamanı 1.9 milyard MATİC tokenlərinin (ümumi emissiyanın 19%-i) satışı planlaşdırılır. Bir tokenin qiyməti 0.00263 dollar olacaq. Yeni qaydalara əsasən investorlar tokenləri online rejimdəki ardıcıllıq prinsipi ilə deyil lotoreya modeli əsasında ala biləcək. Kraudseyldə iştirak etmək istəyən istifadəçilər qabacadan, yəni 24 aprelə qədər lotoreya biletləri üçün müraciət etməlidirlər. Bir lotoreya biletinin qiyməti 50 BNB koininə bərabər olacaq. Udmuş biletlər 25 apreldə elan ediləcək və istifadəçilərin hesabından BNB koinləri silinərək əvəzinə MATİC tokenləri əlavə ediləcək.
Launchpad developerlərinin kraudseylin yeni formatda keçirilməsinə əsas səbəb son zamanlar ən çox gözlənilən Celer Network layihəsinin token satışında baş verən ciddi texniki probləmlərin olmasıdır.