Aprelin 2-si səhər saatlarından başlayaraq bitcoin dəyər qazanmağa başladı. Hətta günün 1-ci yarısında Bitfinex birjasında bitkoinin qiyməti 5000 dolları keçməyi bacardı. Hazırda qiyməti 4727 dollardı. Bitcoin ilə bərabər digər kriptovalyutaların qiymətində də artım müşahidə olundu. Bitcoin Cash 25.6%, Litecoin 17.6%, Ethereum 11.5%, Cordano 14.9%, EOS 13.4%, Ripple isə 9.9% dəyər qazandı. Kriptovalyutaların ümumi bazar kapitalizasiyası isə 165 milyard dolları keçdi.
Qiymətlərin artmasına təsir edən əsas səbəblərdən biri rus mənşəli şirkətləri bazardan 1,8 milyon BTC almaları olub. Rus mənşəli investisiyaların bazara daxil olmasına əsas səbəb kimi isə ABŞ-ın rusiya şirkətləri və bəzi biznesmenlərə qarşı tətbiq etdikləri sanksiyalardır.