TokenData-nın apardığı tədqiqata əsasən 2019-cu ilin birinci rübündə ICO üzrə cəlb edilən investisiyaların həcmi 2018-ci ilin birinci rübü ilə müqaisədə 58 dəfə azalıb. Belə ki, 2019-cu ilin birinci rübündə İCO-lar 118 milyon dollar cəlb etmişdisə, 2018-ci ilin analoji dövründə bu rəqəm 6.9 milyard dollar təşkil edirdi. Analitiklər bu azalmanın əsas səbəbi kimi 2018-ci ildə ümumilikdə kriptovalyuta bazarında müşahidə olunan qiymətlərin azalmasını və tənzimləyici orqanların İCO proyektləri üzrə potensial risklər barədə investorları xəbərdar etmələrini göstərirlər.
TokenData analitiklərinin hesabatına əsasən şirkətin 2017-ci ildən etibarən təqib etdiyi 2500 ICO layihəsinin yalnız 45%-i müvəffəqiyyətlə token yerləşdirməyi bacarıb. Eyni zamanda müvəffəqiyyətlə yerləşdirmiş tokenlərin cəmi 15%-i hazırda birjalarda ilkin İCO vaxtı olan qiymətindən yüksək qiymətlə ticarət olunur.
Elnur Quliyev