Aprelin 2-si Pakistan Mərkəzi Bankının sədrinin müavini Jameel Ahmad 2025-ci ildə Pakistanın öz rəqəmsal valyutasanı (CBDC) buraxacağını bəyan etdi. O, qeyd edib ki, hazırda Mərkəzi Bank rəqəmsal valyutanın yaradılması üzərində işlər aparır və 2030-cu ilə qədər Bankın bütün xidmətləri innovativ texnologiyalarla təchiz edilmiş və rəqəmsallaşmış olacaq.
Pakistanın maliyyə naziri Asad Umar Federal İnnovasiya Agentiliyi (FİA) və Mərkəzi Banka (SBP) tapşırıq verib ki, bank sistemində birinci dərəcəli təhlükəsizliyi təmin etmək üçün müvafiq tədbirləri görsünlər. Maliyyə naziri vurğulayıb ki, rəqəmsal iqtisadiyyata keçid dövründə maliyyə sistemində kibertəhlükəsizliyin təmin edilməsi mütləq şərtdir.