Bitcoin 5000 dolları keçdi

56962120_2781610475199343_245333041663180800_n Aprelin 2-dən başlayaraq bitcoin dəyər qazanmağa başlayıb və 2 gün ərzində 5000 dolları keçməyi bacardı. Lakin sonradan qiymətdə müəyyən korreksiya oldu və 4900 dollara qayıtdı. Bitkoinin qiymətinin artımı fonunda kriptovalyuta bazarında da canlanma müşahidə olundu və ümumi bazar kapitalizasiyası 180 milyard dollara qədər artdı. Bu 2019-cu ildə müşahidə olunan ilk artım idi. Əslində bitkoinin qiymətinin artmasına ciddi bir səbəb olmayıb. Lakin buna baxmayaraq birjadan kənar ticarət platforması olan Cumberland xəbər verir ki, qiymət artımından az əvvəl bir neçə iri məbləğdə (1000 BTC-dən yuxarı) alış üçün sifarişlər yerləşdirilib və bu sifarişlər 1 saat ərzində icra edilib. Qrafikdən də aydın görünür ki, sifarişlərin icra edilməsi vaxtı bitkoinin qiymətinin 5000 dollara qədər artımın vaxtının başlanğıcı vaxtı ilə üst-üstə düşür.

qrafik

    Aprelin 4-ü bitkoinin qiyməti 5345-ə qədər artsa da hazırda (07.04.19 – saat 10.00) qiymət 5157$ təşki edir və bazar kapitalizasiyası 90.9 milyard dollardır.

image-1-1-e1554616873968.png

 

 

 

Elnur Quliyev

Leave a Reply