Google Trends-in verdiyi məlumata əsasən aprelin 2-dən etibarən “Bitcoin” sözü ilə axtarış sorğusunun sayı üç dəfə artıb. Buna əsas səbəb ilk kriptovalyutanın qiymətinin 2 gün ərzində 4100-an 5000 dollara qədər qalxması oldu. Google Trends-in məlumatına görə ən çox “bitcoin” sorğusu Nigeriya, Hollandiya, Cənubi Afrika, Avstriya və İsveçrədən edilib. ABŞ-da isə bitcoin haqqında məlumatlar ən çox Kaliforniya, Vaşinqton, Nevada, Nyu-York və Koloradoda ştatlarından axtarılıb.