bitFlyer Europe şirkətinin keçirdiyi sorğuya əsasən məlum olub ki, avropalılar kriptovalyutaların on ildən sonra mövcud olacağına inanırlar. Sorğuda 10 Avropa ölkəsindən 10.000 nəfər iştirak edib və onların 63%-i rəqəmsal valyutaların gələcəyinə inandıqlarını qeyd ediblər. Sorğuda iştirak edənlərin 55%-i isə konkret bitkoinə inandıqlarını açıqlayıb.
Avropalılar arasında kriptovalyutalara ən optimist yanaşma Norveclilərdə müşahidə olunub. Norvecli respondentlərin 73%-i rəqəmsal valyutaların 10 ildən sonra da movcud olacağına inandıqlarını qeyd ediblər. Ən konservativ isə Fransadan olan respondetlər olub ki, onların 55%-i kriptovalyutalara inandıqlarını qeyd ediblər.