Finlandiya kriptovalyutalar haqqında qanun qəbul etdi

  Finlandiyanın prezidenti Sauli Niinistö aprelin 26-sı kriptovalyuta sənayesinin tənzimlənməsi haqqında qanunu təsdiq etdi. Bu məlumatı ölkənin maliyyə tənzimləyicisi orqanı (FİN-FSA) öz twitter hesabında açıqlayıb. Qanun artıq mayın 1-dən qüvvəyə minib. Qanuna əsasən kriptovalyuta birjaları, kripto-cüzdanlar, provayderlər və rəqəmsal valyutalarla xidmət aparan şirkətlər mütləq şəkildə maliyyə nəzarəti orqanında qeydiyyatdan keçməlidirlər. FİN-FSA kriptovalyuta xidmətləri həyata keçirən şirkətlərin qeydiyyatı və onların fəaliyyətlərinə nəzarəti həyata keçirəcək. Kriptovalyutaların tənzimlənməsi üzrə qanunun bütün tələblərinə (KYC, AML) cavab verən kriptovalyuta şirkətləri Finladiya ərazisində fəaliyyət göstərə biləcək.

finland-810x513.jpg

Leave a Reply