Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draqi “Gənclərlə Dialoq” təşəbbüsü çərçivəsində suallara cavab verərkən qeyd edib ki, kriptovalyutalara valyuta kimi deyil aktiv kimi baxılmalıdır. Onun sözlərinə əsasən kriptovalyuta bazarı makroiqtisadiyyata təsir edəcək qədər əhəmiyyətli deyil və AMB hazırda rəqəmsal aktivləri monitorinq etmir.
Mario Draqi: “Avro – bu gün, sabah və bir ayda sonra da avro olaraq qalacaq. Avronun arxasında Avropa Mərkəzi Bankı dayanır. Bəs kriptovalyutaların arxasında nə dayanır? Bu səbəbdən biz kriptovalyutaları yüksək riskli aktivlər hesab edirik.”