Dünyanın məşhur audit şirkətlərindən biri olan Deloitte 12 ölkədən olan 1386 rəhbər səviyyəli iş adamları, eləcə də 31 stratup nümayəndələrinin iştirakı ilə sorğu (Deloitte’s 2019 Global Blockchain Survey) aparıb. Sorğunun nəticələrinə əsasən şirkətlərin 53%-i blockchain-in strateji prioritet texnologiya hesab edir, hansı ki, 2018-ci ildə bu fikri respondentlərin 43%-i dəstəkləyirdi.