Mayın 14-u ilk kriptovalyuta olan bitcoin 2019-cu ilin maksium qiyməti olan 8000 dolları keçə bildi. Bununla paralel olaraq digər kriptovalyutalar da dəyər qazanmağa başladı. Kriptovalyutaların ümumi bazar kapitalizasiyası 242 milyard dollara çatdı. “Top-10”-da olan kriptovalyutalar arasında dəyəri ən çox artan Ripple (XRP) oldu. 24 saat ərzində XRP 26% dəyər qazanaraq 0.41 dollar oldu.
XRP-nin qiymətinin artmasına təsir edən əsas səbəblər:
- Almaniyanın 2-ci ən böyük fond birjası olan Börse Stuttgart Litecoin və XRP kriptovalyutalarına bağlı olan ETN istiqrazlarını listinqə saldığını bəyan etdi. Alman tarixində ilk dəfə olaraq investorlar Litecoin və Ripple (XRP) əsasında bondları ala və sata biləcəklər.
- ABŞ-ın Coinbase birjası Nyu-York ştatından olan istifadəçiləri üçün XRP-ın alqı-satqı əməliyyatları üçün açıq olduğunu bəyan etdi.
- Təcrübə göstərir ki, bitkoinin qiyməti artırsa, bu tendensiya digər altkoinlərin dəyər qazanmasına da təsir edir. XRP-nin bu dəfə də dəyərinin artmasına bu faktor öz təsirini göstərdi.
Elnur Quliyev