eBay kriptovalyutaları qəbul edə bilər

    Amerikanın məşhur online ticarət platforması olan eBay kriptovalyuta ilə ödəniş qəbul etməyə hazırlaşır. ebay-and-cryptocurrency.png Bu xəbər mayın 12-dən başlayaraq kütləvi informasiya vasitələrində müzakirə edilir. Buna əsas səbəb Nyu-Yorkda keçirilən “Consensus 2019″ konfransında reklam bannerlərindəki məlumatlar olub. Bannerin bir tərəfində “Virtual Kriptovalyuta. Bu eBay-da baş verir” digər tərəfində isə “dünyanın ən böyük ticarət platformasında aktiv alıcıların sayı 179 milyona çatıb”. Bu məlumat kriptovalyuta cəmiyyətində aktiv müzakirələrə səbəb oldu və bəzi istifadəçilər eBay-ın bu təşəbbüsünü blockchain və rəqəmsal valyutaların kütləvi şəkildə qəbul olunmasına əhəmiyyətli dərəcədə kömək edəcəyini ifadə etdilər. eBay özü bu informasiya ilə bağlı heç bir rəsmi aşıqlama verməyib. Buna baxmayaraq mayın 13-ü bitkoinin qiyməti 7033-dən 7846 dollara qalxdı. 

ebay

    Xatırladım ki, bir müddət əvvəl eBay Amerika-nın vitse prezidenti Scott Cutler öz müsahibəsində bildirmişdi ki, şirkət bitcoin ilə ödənişlərin qəbulu imkanlarını araşdırır. Scott Cutler: “Biz bu ideyaya ciddi yanaşırıq, çünki rəqəmsal valyutalar ödəniş vasitəsi kimi daha optimal alətə çevrilməkdədir. Lakin indiki zamanda biz bunu reallaşdırmağa hələ hazır deyilik”.

 

 

Elnur Quliyev

 

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma