İsrail məhkəməsi bitcoini aktiv kimi tanidi

     İsrail Mərkəzi Rayon Məhkəməsi ölkənin vergi orqanının xeyrinə qərar çıxararaq bitcoini valyuta kimi deyil maliyyə aktivi kimi tanıdı. Bu qərara əsasən İsraildə bitcoinin satışından əldə olunan gəlir vergiyə cəlb edilməlidir. Söhbət DAV şirkətinin təsisçisi olan Noam Copel-ə qarşı çıxarılan məhkəmə qərarından gedir hansı ki, 2011-cü ildə bitcoin alaraq 2013-cü ildə 2.29 milyon dollara satıb. O, məhkəmənin qərarı ilə razılaşmır və hesab edir ki, kapital artımına görə vergi ödəməməlidir.

       Noam Copel: “Bitcoin ödəniş metodu və qiymətləndirmə kimi istifadə edilirsə onu valyuta hesab etmək olar. Bitcoin xarici valyuta kimi təsnif edilməlidir və onun mənfəəti valyuta məzənnəsində fərq kimi qəbul edilməlidir.”

Lakin məhkəmə vergi orqanının mövqeyini xatırladır ki, “valyuta” anlayışını ölkənin mərkəzi bankının müyyən edir. Mövcud qanuna görə, bu anlayış kriptovalyutalar üçün tətbiq edilmir. İsraildə kriptovalyutalara hələ ki, hüquqi qiymət verilməyib və bu səbəbdən bitcoin həm mühasibat, həm də iqtisadi baxımdan valyuta hesab edilmir.

Elnur Quliyev

Leave a Reply