Aleksandr Bortnikov: Terroristlər kriptovalyuta istifadə edir

  Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri Aleksandr Bortnikov Düşənbədə keçirilən MDB dövlətlərinin təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşündə çıxışı zamanı qeyd edib ki, terror təşkilatları zaman keçdikcə daha tez-tez kriptovalyutada maliyyə dəstəyi alırlar. Onun sözlərinə əsasən elektron ödənişlər və rəqəmsal valyutalar pul vəsaitlərinin köçürülməsində getdikcə daha da populyarlaşır.

 8989898Aleksandr Bortnikov: “Qlobal terror şəbəkəsini dəstəkləyən bəzi dövlətlər və təşkilatlar terrorist qruplarına maliyyə dəstəyini elektron ödəniş sistemləri və kriptovalyutalarla etməyi artırırlar.” FSB rəhbərinin sözlərinə görə terror təşkilatlarına maliyyə vəsaitləri daha çox qeyri rəsmi maliyyə sistemi ilə köçürülür. Yəni, pullar bir ölkdən digər ölkəyə maliyyə sənədləri olmadan, broker-vasitəçilərin qarşılıqlı razılaşmaları əsasında göndərilir.

   Maraqlı fakt odur ki, aprel ayında Rand analitik mərkəzinin hesabatında qeyd edilmişdir ki, hazırda kriptovalyutaların terroristlər tərəfindən pul köçürülməsində istifadə imkanları çox aşağıdır. Analitiklər terror qrupları üçün kriptovalyutaların istifadəsini cazibədar edən 3 əsas əlamətini göstəriblər: anonimlik, təhlükəsizlik, rahat istifadə. Lakin tədqiqatların nəticəsinə əsasən kriptovalyutalar müəyyən anonimlik vəd etsə belə təhlükəsizlik vəd etmir. Məsələn, bitcoin düşünüldüyü kimi anonim deyil, lazım gələrsə çox rahatlıqla bitcoin tranzaksiyaları izləmək mümküdür. Həmçinin analitiklər qeyd ediblər ki, hazırda terror təşkilatlarının kriptovalyuta istifadə etməsi barədə hər hansı bir ciddi sübut yoxdur.

Terrorists

 

Elnur Quliyev

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma