Bitkoinin qiyməti niyə düşür?

     2019-cu ilin aprel ayından başlayaraq kriptovalyuta bazarında qiymətlərin artımı müşahidə olunmaqda idi. Kriptovalyutaların ümumi bazar kapitalizasiyası 280 milyard dollara qədər artdı. Bitcoin isə son üç ayda 110% qalxdı. İyunun 3-dən etibarən bazarda qiymətlər yenidən enməyə başladı, bitkoinin qiyməti isə 8800-dən 7580 dollara qədər endi. Kriptovalyuta bazarında qiymətləri izləyən GTI Vera Convergence-Divergence indikatoru aprel ayından başlayaraq ilk dəfə olaraq real satış əlamətləri siqnalını verdi.

121212.png

    Əslində heç bir əsas səbəb olamadan kriptovalyuta bazarında qiymətlərin bu tempdə enməsi narahatçılıq yaradır. Əgər kütləvi informasiya vasitələrində bazara ciddi təsir edə biləcək xəbərlər yoxdursa demək ki, qiymətlərin sürətlə enməsi və ya qalxmasına təsir edən əsas faktor kriptovalyutaların birjadankənar (OTC) bazarında baş verən sövdələşmələrdir. İnvestisiya fondları, iri korporativ müştərilər və kriptovalyuta hedj fondları birjdan kənar brokerlər vasitəsilə iri həcmli kriptovalyuta alıqı-satqı əməliyyatlarını həyata keçirirlər. Bu zaman bağlanan müqavilələrin minimal dəyəri adətən 100.000 dollardan yuxarı olur. İri investorlar adətən öz aralarında razılığa gələrək istədikləri vaxt bazar qiymətlərini hər hansı istiqamətdə dəyişmək imkanlarına malikdilər. Daha dəqiq desəm, bazarda iri həcmdə təklif və ya tələb yaradan “kripto-balinalar” qiymətə birbaşa təsir edir.

    CoinMarketCap.com-a əsasən 05.06.2019 tarixinə (saat 16:00) bitkoinin qiyməti 7828 dollar təşkil edir.

image-1.png

 

 

Elnur Quliyev

Leave a Reply