American Express Ripple istifadə edir

    Amsterdamda keçirilən Money 20/20-də tədbirdə American Express-in vitse-prezidenti Colin O’Flaherty şirkətin Ripple xidmətlərindən aktiv istifadə etdiyini təsdiqlədi. Çin bazarında dövriyyəsini artırmaq üçün American Express LianLian ilə partnyorluq müqaviləsi bağladı və onu kart ödəniş prosessoru olaraq təsdiq etdi. Bununla da American Express Çinin elektron ticarət bazarına daha sıx inteqrasiya etmək imkanı əldə etdi. LianLian RippleNet-in bir hissəsidir və elektron ticarət sahəsində ödənişlər etmək üçün blockchain istifadə edir.

american_express_ispolzuet_xcurrent_ot_ripplenet_dlya_transgranichnykh_perevodov.jpg

   Colin O’Flaherty qeyd edib ki, Ripple şəbəkəsi American Express müştərilərinin beynəlxalq ödənişlər edərkən qarşılaşdığı problemlərin qarşısının alınmasına kömək edir. Money 20/20-də tədbirdə iştirak edən Ripple Labes-in icraçı direktoru Bred Qarlinqhaus növbəti dəvə bildirib ki, Ripple beynəlxalq ödənişləri daha sürətli və ucuz edir.

ripple-santander-american-express    Xatırladım ki, 2018-ci ilin noyabr ayında ABŞ-ın ödəniş kartları operatoru olan American Express İspaniyanın Santander UK bankı ilə birgə Ripple şəbəkəsindən istifadə etməklə ABŞ ilə Böyük Britaniya arasında yeni ödəniş dəhlizini açdı. RippleNet texnologiyası American Express-in ABŞ-da dollar istifadə edən müştəriləri ilə Santander UK bankının britaniya funtu istifadə edən müştəriləri arasında daha sürətli və təhlükəsiz köçürmələr etmək imkanı yaratdı.

 

Elnur Quliyev

Leave a Reply