Benfica futbol klubu kriptovalyuta qəbul edir

     Portuqaliyanın məşhur futbol klubu – Benfica ödəniş vasitəsi kimi bitcoin, ethereum və UTRUST (UTK) tokenlərini qəbul etməyə başlayacaq. Coindesk portalının məlumatına əsasən rəqəmsal valyuta sahibləri olan fanatlar klubun məhsullarını və oyun üçün biletləri kriptovalyuta ilə ala biləcəklər. Dünya üzrə təqribən 14 milyon azarkeşı olan klubun içraçı direktoru Domingos Soares de Oliveira: “Biz qəbul edirik ki, tərəfdarlarımızın çoxu rəqəmsal texnologiyalar istifadəçiləridir. Bu səbəbdən innovativ  həllər təqdim etmək və tərəfdarlarımızı ən yaxşı istifadəçi təcrübəsi ilə təmin etmək üçün bir addım qabaqda olmaq istəyirik.”

benfica-crypto-1-680x350

 

 

Leave a Reply