“Rosneft”in baş icraçı direktoru İqor Seçin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda neft üzrə hesablaşmaların gələcəkdə kriptovalyutalarla aparılması ehtimalından danışıb.
İqor Seçin: “Qeyd etmək istəyirəm ki, Google, Apple, Amazon və Facebook kimi iri texnologiya şirkətləri neft və qaz sənayesinə nüfuz etməyə başlayır. Ehtimal edirəm ki, bəlkə də yaxın gələcəkdə neft üzrə hesablaşmalarda ödəniş vasitəsi kimi Facebook-un GlobalCoin kriptovalyutası istifadə olunacaq. Mənim fikrimcə bu ona dəlalət edir ki, burda iştirak edənlərin bəziləri öz biznesləri ilə məşğul deyil. Lakin texnologiya nəhəngləri enerji bazarını əsaslı şəkildə daha şəffaf və səmərəli edəcəklərini düşünməməlidir. Total rəqəmsallaşma kommersiya sirlərini saxlamaq üçün əlavə risklər yaradır və yeni tənzimləmə mexanizmlərinin yaradılmasını tələb edir. Texnoloji şirkətlər isə hazırda bu cür prinsipial məsələri həll etmir.”
Hesab edirəm ki, Rostneft rəhbərinin neft üzrə hesablaşmalarda ödəniş vasitəsi kimi Facebook-un Globalcoin kriptovalyutasını misal göstərməyi heç də təsadüfi deyil. Məlumdur ki, Facebook hazırda Visa, MasterCard, PayPal və SWIFT kimi beynəlxalq sistemlər ilə rəqabət apara biləcək qlobal ödəniş sistemi yaratmaq üzrəində işlər aparır. Hətta bəzi analitiklər Facebook-un kriptovalyuta layihəsini qlobal maliyyə sənayesinin inkişafında dönüş nöqtəsi ola biləcəyini vurğulayıblar.