Rusiya Sberbank-nın rəhbəri German Qref “НТВ” telekanalına verdiyi müsahibədə blockchain texnologiyasının prespektivli olmasına inandığını, həmçinin kriptovalyuta bazarından spekulyativ investisiyaların çıxdığına sevindiyini deyib. Hətta vaxtilə özünün də bitkoinləri olduğunu qeyd edib.
German Qref: “Hesab edirəm ki, bitcoin investisiya üçün deyil, əməliyyat fəaliyyəti üçün texniki vasitədir. Mən bitcoin təqribən 5 dollar olanda almışdım və hətta bir neçə alışlar da etmişdim. Sonradan ilk kriptovalyutanın qiyməti qalxandan sonra bitkoinlə aldığım köynəklərə baxdım və anladım ki, onlar mənə baha başa gəlib. Lakin bir müddət sonra təsadüfən bitkoinlərin elektron cüzdanlarını və kodlarını itirdim. Mən kazino oyunçusu deyiləm.”