Ethereum-un təsisçisi Vitalik Buterin Hardcore Crypto YouTube kanalına verdiyi müsahibədə deyib ki, Bitcoin SV kriptovalyutası müəyyən qrupun qazanması üçün yaradılan saxta proyektidir. Onun sözlərinə əsasən Bitcoin Cash forkunun yaradıcıları öz şəbəkələri üçün əlverişli maliyyə aləti yaratmaq fikirləri olmayıb, onlar yalnız investorlardan bir qədər “pul qazanmaq” istəyiblər.
Vitalik Buterin: “Bitcoin SV (BSV) artıq populyar deyil. Bir çox platformalar artıq onu de-listinq edib. Bu onun göstəricisidir ki, BSV maliyyə aktivi kimi öz etibarını itirib. Onu heç maliyyə aktivi belə hesab etmək olmaz.”
Xatırladım ki, 15 noyabr 2018-ci ildə Bitcoin Cash şəbəkəsində baş verən fork nəticəsində iki kriptovalyuta – Bitcoin ABC və Bitcoin SV (Satoshi Vision) yaranıb. Bitcoin SV özünün Satoşi Nakamoto olduğunu iddia edən Craig Wright tərəfindən dəstəklənir.
Elnur Quliyev